Abunə olBizi izlə

Rəylər

Anaların haqqımızda rəyləri

“Sizə təşəkkür məktubu yazmağı özümə borc bildim. TƏŞƏKKÜR EDİRƏM!
Övladımı ana südü ilə bəslənməyə yönləndirdiyiniz üçün. Bunu nə vaxtsa edə biləcəyimə inanmirdim. Nə anam, nə də nənəm süd verməyiblər və bunu mənim edə bilməyəcəyimi deyirdiler. Hər uşaq ağlayanda o acdır, doymayıb deyirdilər…..amma sizin məsləhətiniz, dəstəyiniz sayəsində mən oğlumu 1 ildir süd əmizdirirəm və 2 yaşına qədər bunu etməyi düşünürəm.
Fikirləşirəm ona Allahdan göndərilmiş qidadir, ondan kəsməyə haqqım yoxdur. Yaxşı ki, sizi tanıdım.” Züleyxa

“Хочу оставить отзыв о Селтенет ханум. Она мне помогла при кормлении второй дочки, первую я кормила всего 2-3 месяца. Её советы и проффессиональный подход изменили мой взгляд на кормление грудью. Я и моя дочка говорим ей огромное спасибо за эти прекрасные 2 года!” Лейла

“Sizin sayənizdə əsl analıq nə olduğunu kəşf etmişəm. Bugünkü sağlam həyatı yaşamağıma, ana südünün faydalarını bilməyimə, uşaqların qayğısına sağlam şəkildə qalmağıma və bu işdə səbrli olmağı öyrənməyimə səbəb olan sizsiniz. Əmizdirmə ilə əlaqəli hər bir problemimi həm bir başa, həm də dolayısı yolla sizin sayənizdə həll edə bilmişəm. Dolayısı dedikdə, yazdığınız məqalələrin özünüzlə danışırmış qədər mənə köməyi dəymişdir. Əmizdirmənin, ana südünün övladımız üçün həm mənəvi, həm də maddi cəhətdən nə qədər önəmli olduğunu sayənizdə öyrənmişəm. Artıq ikinci övladımı 2 ildir emizdirirəm və bundan böyük zövq alıram. Sizi hər zaman sevə-sevə xatırlayıram.” Məryəmin anası.

“Biz böyüdük amma sizin sayənizdə hələ də ana südünü sevə-sevə yeyirik. Çox gözəl bir hiss imiş, heyf ki, əvvəllər sizi tanımadım.” Səidə

“И хотела написать вам огромное спасибо за помощь, поддержку и мотивацию. Без вас бы ничего не вышло! Спасибо, что всегда были на связи и помогали советами.” Анна

“Ana südünün mənim balam üçün necə vacib və xeyirli olduğunu bilirdim. Körpəm doğulanda, doğum evində yalnız ana südü vermək istədiyimi bildirsəm də, mənə “südüb yoxdur, smes vermək lazımdır”, “sağmaq lazımdır, laktostaz olacaq” və s. kimi sözlər deyilirdi. Hətta sizə deyim ki, onlar o qədər məni incitmişdilər ki, istəmirdim orada qalım, amma ana südü verməmək kimi fikrim olmurdu, çünki əmin idim özümdən. İlk uşaq olduğu üçün əvvəl problem idi bizim üçün onun yemək prosesi, sonra həzz alırdım onun yeməm yeməyindən. Balamın baxışı, mənə hamıdan daha yaxın olması, həmişə və hər yerdə onu yedizdirmək imkanımın olması məni sevindirir. Sizə dərin təşəkkürümü bildirirəm!!! Çox sevinirəm ki, bizim ölkəmizdə sizin kimi məsləhətçilər var, gənc və təcrübəsiz analara kömək edirsiniz.” Fəxrinin anası

“Səltənət xanım, hər sözünüzdən örnək götürməyə calışacam. Dəyərli zamanınızı ayırdığınız üçün çox çox təşəkkür edirəm.” Əzizə

“Я очень рада что у нас есть такие грамотные специалисты.” Аян

“Bu arada deyim ki, yaxşı ki, sizi tanımışam. Həyatıma rəng qatan insansınız. Baxmayaraq ki, cəmi 1 gün görüşmüşük. Xətriniz çox əzizdi.” Fidan

“Əmizdirən anaların sizə çox ehtiyacı var! Dualarımız sizinlədir” Aytən

“Спасибо тебе огромное! Хочу, чтобы ты знала, как я тобой горжусь!Твоему трудолюбию, высокими моральным нормам и этики!” Самира

“Mən sizə çox minnətdaram, yenə mənə çox kömək oldunuz. Sizə böyük minnətdarlığımı bildirmək istədim.” Məryəm

“Rahatladim cox sag olun. Sizə bir ömür boyu minnətdaram.” Nərmin

“Mən çox təssüflənirəm ki, hamiləlik dövrümdə sizin gördüyünüz işlər (faydalı paylaşımlar +məsləhətlər) barədə məlumatsız olmuşam. Gec də olsa tanımağıma görə çox xoşbəxtəm. Allah möhkəm can sağlığı versin. Sevgi ilə gördüyünüz işin faydasını daha da çox analara çatdıra bilərsiniz.” Səbinə

“Я хоть и готовилась к грудному вскармливанию, читала информацию в интернете, у меня было представление чего ожидать, но первые два месяца все равно было очень тяжело. Сяльтенет оказала мне ту необходимую поддержку и предоставила информированную помощь. У ребенка были и малые прибавки в весе, и проблемы с прикладыванием. Она помогла все исправить (очень мягко и уверенно), так же посоветовала какие продукты есть и пить для увеличения лактации. Так что, даже если вы уверенны в себе, сохраните номер Сяльтенет, даже одна консультация у нее может спасти ваше грудное вскармливание.” Нармин Г.

“Nə yaxşı ki, tanımışam, dediyim insanlardansınız. Sizin məsləhətlərlə 1,5 ildir qızıma ana südü verirəm. Hamıya da məsləhət verirəm.” Aytən C.

Düz 9 il bundan qabaq ilk dəfə ana olanda ana südü haqda internetdə araşdırmalar apardım. O zaman mən təsadüfün ana südünü dəstəkləyən və təbliğ edən saytla tanış oldum. Ordakı məqalələr mənə nəinki ilk və hətta ikinci uşağımı da uzun müddət əmizdirməkdə kömək oldu.” Günel E.

“Sizin dəstəyiniz, məsləhətləriniz, ən əsası isə anlayışınız sayəsində birinci uşağımı 3 il 8 ay, ikincisini 2 il əmizdirmişəm, üçüncüsünü hələ də əmizdirirəm.” Fərəh

“Səltənət xanımdan ilk məsləhəti 6 il öncə almışam. Südüm az idi və ilk evladım olan 2 aylıq Məryəm süni qidanı qətiyyən qəbul etmirdi. Çox böyük panika yaşayırdım ki uşaq ac qalacaq. Həmçinin əmizdirmə intervalları və sair ilə əlaqədar ətraf insanlardan yalnış fikirlər eşitdikcə panikam artırdı. Belə bir məqamda Səltənət xanımın məsləhətləri  sanki ürəyimə su səpdi. Qorxularımı, narahtçılıqlarımı ona danışdıqca o məni sakitləşdirib səbirli olmağı və necə doğru addımlar atmağı tövsiyyə edirdi. Daha sonralar mən öyrəndiklərimini başqa yeni evlad dünyaya gətirən analarla bölüşdüm və bir neçəsinin övladlarını ana südü ilə qidalandırmasında məsləhətçisi oldum. Bu gün mən 1 yaş 4 aylıq övladıma ana südü verir və lazım olduqca hər hansı rastlaşdığım və bilmədiyim problemlərlə üzləşəndə yenə Səltənət xanıma məsləhət verməsi üçün müraciət edirəm.Millətinə xidmət edən hər bir peşə təqdirəlayıqdır. Ana südü hər övladın həyatında anası tərəfindən bəxş edilmiş ən gözəl nemətdir.” Nərgiz

“İnsanın həyatına möcüzə kimi daxil olan insanlar olur, həm də ən ehtiyac duyduğun anlarda. Səltənət xanım da həyatıma məhz belə daxil olub. Ana südünün əvəzolunmaz qida olduğunu bilən və övladını yalnız ana südü ilə əmizdirmək arzusunda olan bir ana düşünün və 30 həftəlik, sadəcə 1200 qram çəki ilə dünyaya gələn, aylarla xəstəxanada, küvezdə, zondla qidalandırılan körpə. Bir tərəfdən ilk gündən etibarən “hələ 3-4 gün südün olmayacaq, əlavə qida almalısan”, “ağuz südünü sağıb at, körpəyə vermə”, “sənin döşünün giləsi heç yoxdur, heç südün də yoxdur”, “körpəni hələ aylarla əmizdirmək olmaz, nəq dərə sağıb verəcəksən ki, quruyacaq”, “artıq 4 aydır əmməyi öyrənməyibsə, daha götürməz, emizdirməyi unut”, deyim ümidlərini qıran ən tanınmış pediatrların əhatəsində olmaq, digər tərəfdə isə bütün bu problemlərin həlli yollarını öyrədən Səltənət xanım… Nəticə olaraq, aylarla ana südünü sağaraq və 4 aylığından əmizdirməyə başlayıb 2 yaşına qədər YALNIZ ana südü verməyə nail olmuşam. Mənə ömrüm boyu bitməyəcək bu qəlb rahatlığını, sevinci yaşamağa vasitəçi olduğunuza görə, sozsuz təşəkkürlər.” Əminə

“Здравствуйте. 9 лет назад, когда родилась моя первая дочка, я часто обращалась к Вам за консультацией по ГВ. Благодаря Вашим советам, я кормила ее до двух лет и двух месяцев (первые 6,5 месяцев исключительно ГВ). Сейчас у меня еще одна дочка, ей 3,5 месяца, ГВ налажено и я все время вспоминаю Вас добрым словом и рассказываю о Вас всем новеньким мамочкам.
Большое СПАСИБО за Ваш труд, отзывчивость и любовь к такому непростому и ответственному делу ♥️
С большим уважением.” Лейла H.

Məsləhət xidmətimizdən istifadə etmək və yazılmaq üçün:

Telefon: +994 50 5388993

Ünvan: Yasamal, Mirəli Seyidov 20, blok 2, mərtəbə 17.

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.