Abunə olBizi izlə

Südartırma

Südartıran yulaflı qəhvəaltı

Əmizdirənlər üçün qidalandırıcı ləzzət, gecədən səhərə hazır olan səhər qidasıdır. Əmizdirən analar və südün istehsalı üçün faydalıdır. Ümumiyyətlə bütün ailə üçün… Tərkibi: Yulaf (bişmə dəqiqəsi uzun olana üstünlük verin. Videoda 20 dəqiqəlikdir.) Mövsümi və yerli lətli meyvə və ya gilə meyvələr ( allergiyanızı nəzərə alaraq…

Ardını oxu

Süd istehsalı üçün qara aş!

Əmizdirən analar üçün ənənəvi mətbəximizdən olan boyanalı aşa bir qədər dəyişiklik etdik. İndi boyana mövsümüdür, bu yeməyi dadmağı qaçırtmayın. Hazırlanması üçün:1 baş soğan,1 dəstə boyana (razyana),1 stəkan gecədən islaqda qalmış qarabaşaq (düyü əvəzi),1 stəkan su,adam sayına yumurta,paprika,duz,istiot. Hazırlanması üçün videoya nəzər!

Ardını oxu

Südartıran çuğundurlu çay

Əmizdirənlər üçün çuğundurlu çay isti və ya soyuq halda içilə bilər. Zövqə uyğun limon və ya bal və ya hət ikisi əlavə oluna bilər. Əmizdirməni dəstəkləyən, qanartıran və isidici effekti var. Tərkibi:Çuğundur (çiy və ya yarım bişmiş)ZəncəfilQızılgül ləçəkləri (çuğundurun qoxu və dadını gizlətmək üçün)HilSarıkökDarçınİstiotQaynar su10-15…

Ardını oxu

Əmizdirən ana üçün gicitkənli krem-şorba

Bütün ailənin faydalana biləcəyi qidalandırıcı, qanartıran və əmizdirən analarda bol süd istehsalını dəstəkləyən şorba! Tərkibi:2 diş sarımsaq,1 ədəd kök,1 baş kartof,1 dəstə gicitkən,1 dəstə ispanaq (mütləq deyil),1 dəstə göy sarımsaq,yarım limon,paprika,pul bibər,duz. Gicitkənli krem-şorbanı hazırlanması videoda.

Ardını oxu

Anbar yoxsa fabrika

Ananın südünün ifrazını necə təsəvvür edək? Əksər insanlar düşünür ki, ananın süd ehtiyatı anbar anlamına uyğun gəlir. Anbar dolduqca ordan istifadə etmək olar. Anbar boşdursa, sözsüz ki, ordan nə isə götürmək mümkün deyil. Buna görə də anbarın dolmağını gözləmək və anbar dolana kimi digər mənbələrdən…

Ardını oxu

Minimal büdcə ilə südartırmaq…

Hazırki mürəkkəb iqtisadi durumda analar ailə büdcəsinə yük olmayan südartıran (laktogen) qida haqqında soruşurlar. İlk növbədə xatırlatmağa dəyər ki, əmizdirən analar südlərini artırmaq üçün körpənin döşə qoyulmasını fəallaşdırmalı, ehtiyac olarsa, əlavə süd sağmaq kimi tədbiri də tətbiq etməlidirlər. Aydın məsələdir ki, ana südünü bir neçə…

Ardını oxu

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.