881

Əmizdirənlər üçün qidalandırıcı ləzzət, gecədən səhərə hazır olan səhər qidasıdır. Əmizdirən analar və südün istehsalı üçün faydalıdır. Ümumiyyətlə bütün ailə üçün…

Tərkibi:

Yulaf (bişmə dəqiqəsi uzun olana üstünlük verin. Videoda 20 dəqiqəlikdir.)

Mövsümi və yerli lətli meyvə və ya gilə meyvələr ( allergiyanızı nəzərə alaraq meyvələri seçin. videoda çiyələk və nektarin)

Toxum və ya tumlar (müxtəlif südartıran toxum və tumlara üstünlük verin. videoda ağ kətan toxumu, çia və çiçək tozu)

Maye olaraq heyvan və ya bitki mənşəli südlər (badam südü, kokos), qatıq və ya kefir. Videoda inək südüdür.

Yeyənin iştahası və ağız dadına uyğun miqdarda laylay bütün ərzaqlar yığılaraq gecə ərzində soyuducuya yerləşdirilir. Səhərə hazırdır. Videoda hazırlanması haqda daha ətraflı:

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.