1185

Hazırki mürəkkəb iqtisadi durumda analar ailə büdcəsinə yük olmayan südartıran (laktogen) qida haqqında soruşurlar. İlk növbədə xatırlatmağa dəyər ki, əmizdirən analar südlərini artırmaq üçün körpənin döşə qoyulmasını fəallaşdırmalı, ehtiyac olarsa, əlavə süd sağmaq kimi tədbiri də tətbiq etməlidirlər. Aydın məsələdir ki, ana südünü bir neçə saatda artıran “möcüzəvi” bir qida yoxdur amma laktasiyaya müsbət təsir edən, ananın vitamin-mineral və digər vacib qidalandırıcı depolarını artıran qida var. Kiçik büdcə tələb edən lakin kifayət qədər yüksək qidalandırıcı və laktasiya dəstəkləyici tərkiblə zəngin olanlar:

🧄🧅Soğankimilərin hamısı- sarımsaq, kəvər və əlbəttə ki, soğanın özü!

🥕Kök tərəvəzlər, xüsusən yerkökü, zəncəfil və cuğundur.

🥣Qarabaşaq

🧂Ətirli və isidici ədviyyatlardan sarıkök, darçın, hil, keşniş və şüyüd toxumu.

🥣Vələmir və ya bişirməyə vaxt məhduddursa yulaf əzməsi.

🍚Yerli düyülərimizin hamısı.

🥤Arpa suyu və ya qorğa.

🍬Xurma.

🥬Göyərtilər. Lakin nanə (melissa, yarpız və s.) ailəsinə aid olanlar yox.

Lakin unutmayaq ki, bütün bu ərzaqların müsbət təsiri fəal əmizdirmə fonunda mümkündür. Körpəni tələbata görə əmizdirmək başlıca şərtlərdəndir.

Səltənət Zülfüqarova & anasüdü.az komandası

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.