604

Ananın südünün ifrazını necə təsəvvür edək?

Əksər insanlar düşünür ki, ananın süd ehtiyatı anbar anlamına uyğun gəlir. Anbar dolduqca ordan istifadə etmək olar. Anbar boşdursa, sözsüz ki, ordan nə isə götürmək mümkün deyil. Buna görə də anbarın dolmağını gözləmək və anbar dolana kimi digər mənbələrdən yararlanmaq gərəkdir.

Əslində isə ananın süd ehtiyatı daha çox fabrika anlamına uyğundur. Fabrikanın məhsullarına ehtiyac artdıqca, o istehsal kəmiyyətini artırır.

Tələb nə qədər çox olursa, fabrik də həmin tələbi ödəmək üçün gücünü səfərbər edib təklif qabiliyyətini artırır. Yox əgər fabrik istehsal etdiyi məhsula istək azdırsa demək ki, fabrik də məhsullarını daha məhdud sayda hazırlamağa başlayacaqdır.

Fabrikin məhsullarına olan tələbatı isə digər rəqib azalda bilər. Körpənin qidalandırılmasında ana südünə rəqibi süni qida və digər mayelərdir (çay, su, şüyüd suyu, şirə və daha nələr). 

Demək ki, körpə süni qida və ya digər maye halında qida aldıqda, ananın süd istehsal fabriki məhsul kəmiyyətini azaltmış olacaqdır. Məhz bu səbəbdən də körpəsini həmişə kifayət edəcək qədər süd ilə təmin etmək istəyən ana “rəqib” qidanın istifadəsini sıfırlamalı ya da minimallaşdırmalıdır.

Beləliklə, laktasiyanı dərindən dərk etmək üçün onu anbar ilə deyil, süd istehsal edən fabrik timsalında vizuallaşdırmaq gərəkdir.  Əgər əmizdirmə və ya süd ehtiyatının miqdarı ilə bağlı narahatlığınızsa varsa, bizimlə əmizdirmə saatı təyin etməkdən çəkinməyin. Minlərlə ana bizim xidmətimizdən artıq faydalanıbdırlar. Xidmətimiz haqda əyləri burdan oxuyun.

Sizin ana südü üzrə məsləhətçiniz Səltənət Zülfüqarova 💗

Məsləhət xidmətimizdən istifadə etmək və yazılmaq üçün:

Telefon: +994 50 5388993

Ünvan: Yasamal, Mirəli Seyidov 20, blok 2, mərtəbə 17.

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.