2155

Südartıran çaylar nə dərəcə təsirlidir?

Əgər əmizdirmə düzgün təşkil olunubsa, südartıran çayların nəinki südartırma xassəsindən həm də, bədənə olan xeyrindən xeyli faydalanmaq mümkündür. Əmizdirmə düzgün təşkil olunur dedikdə nəzərdə aşağıdakılar tutulur:

  • Ana körpəyə döşdə bol-bol əmməyinə imkan və müddət təmin edir.
  • Əmizdirmə saatla deyil, körpənin tələbatına uyğun aparılır.
  • Körpənin ilk 6 ayında ona ana südündən kənar heç bir maye, qida və vasitələr (əmzik və s.) verilmir.
  • Körpə gecə əmizdirilmələri ilə təmin edilir.

Verilən addımlar düzgün atıldığı halda südartıran vasitələrdən miqdarında, ifrata varmadan istifadə kifayət qədər faydalıdır. Təbii südartıran vasitələrdən istifadə edərkən, müxətlifliyə üstünlük verilməlidir. Bir neçə gün bir vasitədən, digər günləri isə fərqlisindən istifadə etməklə növbələmək daha məqsədəuyğundur. Bu üsul bədənin bir vasitəyə alışqanlığının qarşısını alacaqdır.

Əgər analar südün döşlərdə azalmasını hiss edirlərsə, ilk növbədə sevinməlidirlər. Bu o deməkdir ki, əmizdirmə düzgün təşkil edilibdir və körpə döşü kifayət qədər məhsuldar boşalda bilir. Unutmamalıyıq ki, əmizdirmə üçün düzgün sayılan döş yumşaq və boş olmalıdır.

Bəzən körpələr günün ikinci yarısında, südün gəlişinin zəifləməsini hiss edərək, kürlük nümayiş etdirə bilirlər. Bu halda ananın süni qidaya əl atmasındansa, südartıran vasitələrə üz tutması daha məsləhətlidir. Axşama doğru südün bolluğunu təmin etmək üçün südartıran çayları səhərlər deyil, günorta və axşama doğru içmək daha düzgündür.

Əmizdirən ana dad zövqünə görə özünə uyğun südartıran çay seçərək, qara və ya yaşıl çayın, həmçinin qəhvənin istehlakını tamamilə tərk edə və ya qismən əvəzləyə bilər. Qəhvə, qara və yaşıl çayların tərkibində olan kaffein südazaldıcı və yuxuqovucu təsirə malik olduğundan əmizdirmə müddətində istifadəsi ya tamamilə dayandırılmalı, ya da xeyli azaltmalıdır.

Şəkillərdə gördüyünüz südartıran çaylardan sifariş etmək üçün “Süddaşa” müraciət etmək olar. Süddaş ilə südünüz bol olsun!

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.