25717

Əgər hamilə olduğunuzu öyrəndinizsə, körpənizi dərhal süddən ayırmağa ehtiyac yoxdur. Bəzi körpələr hamiləliyin əvvəlində südün dadında baş verən dəyişiklik səbəbi ilə özləri süddən kəsilirlər. Və ya hamiləliyin 4-cü ayında qadın südünün azaldığını hiss etdikdə körpə özü süddən ayrıla bilər.

Bəzi körpələr isə hamiləliyin sonuna yaxın, ananın südü “ağız südünə” çevrildikdə və ya yeni körpə doğulduqdan sonra, ana bir neçə gün xəstəxanada qaldıqda və körpəsi ilə ayrılmaq məcburiyyəti olduqda, və ya yeni doğmuş ananın süd vəzilərinin əmələ gətirdiyi südün miqdarı əvvəlki körpənin tələblərinə uyğun gəlmədikdə, körpə özü süddən ayrılır. Hamiləlik zamanı baş verən dəyişikliklərə baxmayaraq, körpənizi əmizdirməyə davam etməyə can atırsızsa, onda körpəni süddən ayırmağınıza ehtiyac yoxdur.

La Leche League təşkilatının süd əmizdirən 503 hamilə üzvü arasında keçirilmiş araşdırma göstərib ki, körpələrin 69%-i hamilələiyin müəyyən dövründə süddən ayrılıbdır. Lakin heç kim bilə bilməz ki, o körpələrin anaları hamilə olmasa idilər, onlar süddən nə vaxt ayrılardılar.

Hamilə olduğunuz vaxt süd əmizdirmək barədə bəzi narahaçılıqlarınız ola bilər. Əgər rasionunuzda yaxşı balanslaşdırılmış, qidalandırıcı yeməklərdən istifadə edirsizsə, onda körpənizə ziyan gələcəyindən qorxmaya bilərsiz. Bəzi analar narahatlıq keçirir ki, hamiləlik zamanı süd əmizdirsələr, bu uşaq salmaya səbəb ola bilər. Lakin bu məsələni şübhə altına salan bir çox səbəblər var və uşağını salmış anaların əksəriyyəti hamiləlik zamanı süd verən analar olmayıb.

Hilari Flauer, öz “Adventures in Tandem Nursing: Breastfeeding During Pregnancy and Beyond” kitabında hamiləlik zamanı döş giləsinin stimulyasiyasının dölə təsiri barədə araşdırmanın nəticələrini gözdən keçirərək belə nəticəyə gəlir ki, normal hamiləlik zamanı, hamiləlik tam başa çatana qədər döş giləsi stimulyasiyasının təsirinin qarşısını alan səbəblər mövcuddur. Bəs riskli hamiləlik zamanı və ana sancı tutmaları hiss edirsə necə? O körpəsini süddən ayırmalıdırmı?

Hillari Flauer belə deyir: “Ən yaxşı qərarı necə vermək olar? Yadda saxlayın ki, körpəni süddən ayırmaq, hamiləliyinizi sağlam başa çatdıracağınıza zəmanət vermir. Davam etdirmək isə, heç də uşağınızı salacağınız anlamına gəlmir. Ana özü öz vəziyyətindən asılı olaraq düzgün qərarı verməlidir. Bəzən düzgün qərar körpəni süddən ayırmaq…bəzən isə davam etdirmək olur”.

Hamiləliyiniz zamanı hiss eləyə bilərsiz ki, körpənizi əmizdirməkdən həzz almırsız. O zaman “tədricən və sevgi ilə” süddən ayırma barədə tövsiyyələrə əməl etməklə körpənizi süddən ayırmağı məsləhət görürük. Sizin ailəniz üçün ən məqsədəuyğun qərarı vermək sizin özünüzə qalır.

Hillari Flauer: “Süddən ayırıb-ayırmama ziddiyyəti qarşısında qalan ana cəsarətli qərar verməlidir. Bu çətin qərarı verən ana, düzgünlük və mərhəmət hisslərini əsas alaraq, özünün və körpəsinin ehtiyaclarını dəyərləndirməlidir. Əsas odur ki, verdiyiniz qərarda inamlı olasız”.

Mənbə: La Leche League International, “The Womanly Art of Breastfeeding”, Seventh Revised Edition

Tərcümə: Xumar Ərşadlı

Əlavə: İslam alimlərinin əksəriyyətinin rəyinə görə hamilə qadın əmizdirməni davam edə bilər. Bu mövzuda “Səhih Muslim” (1442) hədislər toplusunda belə bir hədis bele bir hədis  rəvayət olunubdur:

عَنْ جُدَامَةَ بِنْتِ وَهْبٍ الْأَسَدِيَّةِ رضي الله عنها أَنَّهَا سَمِعَتْ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : ( لَقَدْ هَمَمْتُ أَنْ أَنْهَى عَنْ الْغِيلَةِ ، حَتَّى ذَكَرْتُ أَنَّ الرُّومَ وَفَارِسَ يَصْنَعُونَ ذَلِكَ فَلَا يَضُرُّ أَوْلَادَهُمْ ).

Hədisin mənası: Cudamə bintu Vahb Əl-Əsədiyyədən ( Allah ondan razı olsun)  Rasulullahın( Allah salamı və xeyir duası və xeyir duası onun üzərinə olsun) belə dediyini eşitdiyi rəvayət olunur: “Ğiyləni” qadağan etmək istədim, ancaq rumluların və farsların bunu etdiyini və övladlarına heç bir ziyanı olmadığını xatırladım”. İbn Useymin( Allah ona rəhmət etsin) “Ğiylə” kəliməsi-hamilə qadının uşağını əmizdirməsi mənasına gəldiyini buyurub.

Səba Kazımova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.