1067

Körpə dünyaya gələn kimi ilk 6 saatda döşə qoyulmağını təmin etmək! İdealda ilk saatda körpəni döşə qoymaq gərəkdir.

Bol-bol bədən təması və əmizdirmələr təşkil etmək!⠀

Ümumiyyətlə və ya heç olmazsa, ilk aylarda süni əmzikdən yayınmaq! ⠀

Ana südündən əlavə heç bir maye verməmək!⠀

Südün azlığı müşahidə olunursa əmizdirmə məsləhətçisi ilə səbəbini araşdırmaq! ⠀

Südartıran vasitələrdən istifadə etmək! ⠀

Ehtiyac olarsa əmizdirmə məsləhətçisinin təyinatl ilə əmizdirmədən əlavə südsağandan müəyyən qrafiklə istifadə etmək! ⠀

Mənfi fikirlərdə və mənfi fikirlərlə yükləyənlərdən uzaq durmaq, heç olmasa neqativi ürəyə yaxın buraxmamaq! ⠀


Sözsüz ki, yuxarıda göstərilənlərin əksini etmək südün qismən və ya kəskin azalmasına səbəb ola bilər. Əgər süd ehtiyatı ilə problem varsa, ətrafdan və mütəxəssislərdən dəstək və yardım istəməkdən çəkinməyin…⠀

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.