3844

Bir çox elmi araşdırmalar göstərir ki, əmizdirən anaların müxtəlif tum və toxum qəbul etməsi, süd istehsalına güclü dəstəkdir. Rasionunda tum və toxumlar olan qadınlar südlərinin artmasının dəfələrlə şahidi olmuşlar. Adı çəkilən ərzaq qrupundan maksimal dərəcədə faydalanmaq üçün bir sıra tövsiyələri nəzərə çatdırırıq.

Tərkibindəki zəhərli və zərərli maddələri aradan qaldırmaq və ya azaltmaq üçün həmçinin faydalarının artırmaq və orqanizm tərəfindən daha asan və rahat həzm edilib faydalarından yararlanmaq üçün qabığından təmizlənmiş qoz-fındığı, müxtəlif tumları və toxumları islatmaq məsləhət görülür.
 
Faydalı maddələrlə zəngin olan bu ərzaqların müəyyən vaxt ərzində suda saxlanılması onları sanki “dirildir”.
İslatma prosesi zamanı zərərli və zəhərli maddələrdən təmizləməsi ilə yanaşı qoz-fındıq, tum və toxumların tərkibi daha da zənginləşir. Məsələn, bir sıra vitaminlərin xüsusən B qrupu vitaminlərinin miqdarı artır. Həmçinin bu formada müvafiq ərzaqları qəbul edən bədəndə faydalı enzimlərin istehsalı artır, mövcud olan zülalların sovrulması güclənir, mineral çatışmamazlığın qarşısı alınır, bağırsaqların təmizlənməsi prosesi baş verir, bir sıra sağlamlıq problemləri və xəstəliklərin profilaktikası prosesi güclənir, bədəndə susuzlaşmanın qarşısını alınır.
 
Üstəlik isladılmış qoz-fındıq, tum və toxumlar daha sütül və daha dadlıdırlar, mövsümdən asılı olmayaraq sanki, bu saatca ağacdan dərilib və ya bağ-bostandan gətirilib.
 
İslatmanı 7-24 saat ərzində müxtəlif cür məhlullarda etmək olar:
  • adi soyuq suda
  • ilıq suda
  • duzlu suda
  • limonlu suda

various nuts and seeds on wooden background, top view

Nələri islatmaq olar?
 
Sərt qabığ təmizlənmiş, çiy halda (qovrulmamış) istənilən ləpəni: qoz, badam, fındıq, püstə, kəşyu, yer fındığı, şabalıq və s.
 
Sərt qabığ təmizlənmiş, çiy halda (qovrulmamış) istənilən tumları: balqabaq, günəbaxan və s.
 
Sərt qabığ təmizlənmiş, çiy halda (qovrulmamış) istənilən toxumları: razyana, keşniş, kətan, çia, küncüt və s.
 
Müxtəlif növ tum və toxumları rasiona əlavə etməklə yanaşı əmizdirən analar həmin tum və toxumlardan hazırlanan bitki əsaslı südlərə də üstünlük verə bilərlər. Süd artıran bitki əsaslı südlər kimi badam südü və yulaf südü məhşurdur. Bunları həm evdə hazırlamaq, həm də dükanlardan əldə etmək olar. 
 
Əmizdirən anaları digər ərzaqlarla olduğu kimi, yuxarıda sadalanan ərzaqların istifadəsi zamanı da ifrata varmamağa çağırırıq. Unutmayaq, tum və toxumlar faydalı olduğu qədər, allergik reaksiyaya da səbəb ola bilərlər. Daha az allergiya verən tum və toxumlara üstüklük verilməlidir. Ailədə müəyyən ərzağa olan allergiya tarixçəsi də əmizdirən ana tərəfindən nəzərə alınmalıdır.
 
Müəllif: Səltənət Zülfüqarova
 
 

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.