1511

anasüdü.az yalnız oxunmur, həm də özü oxuyur. Ən çox sevdiyimiz yerli resurslardan biri “Gilas Magazine” virtual kulinariya jurnalından seçdiklərimiz balqabaq reseptləri ilə ailənin hər bir üzvünün könlünə və əlbəttə ki, qarnına yol tapmaq heç də çətin olmayacaqdır.

Soyuq günlərdə doyumlu və isidici şorbadan daha yaxşı yalnız balqabaq şorbası ola bilər. Yeməyin bişirilmə üsulu burada.

Bütün dünyanın yeməksevərlərinin qəlbini (daha doğrusu mədəsini) sadəliyi və zəngin dadı ilə fəth edən sağlam zülal mənbəyi olan hummusun balqabaqlı növünü dadmağın vaxtıdır. Balqabaqlı hummusun bişirilməsi burada.

Gözləri sevindirən görünüşü bir kənara, sağlamlığa faydası və ağızı dada gətirən balqabaq salatı soyuq günlərdə bədənin vitaminlərlə zənginləşməyinə gözəl bir səbəbdir. Salatın hazırlanma üsulu burada.

Balqabaq qutabını tərif etmək özün-özünü tərif etmək kimidir. Milli mətbəximizin tərifə isə heç bir ehtiyacı yoxdur. Balqabaq qutabının hazırlanma tərifi  burada.

Ya dadına, ya rənginə və ya hər ikisinə görə balqabaq əsaslı şirniyyatlar yeməksevərlər arasında kifayət qədər  rəğbətə malikdir. Balqabaqlı qurabiyələrin hazırlanmasını buradan öyrənmək olar.

Ədviyyatlı, ətirli olmaqla yanaşı balqabaqlı latte içkisinin üstünlüyü qəhvə dükanlarına üz tutmaq əvəzində onun ev şəraitində hazırlana bilməsidir. Əlbəttə bu içki ailənin böyük üzvlərinə daha uyğundur.  Balqabaqlı lattenin hazırlanması burada.

Hazırladı: anasüdü.az

Fotolar: gilasmagazine.com

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.