2607

Sonradan körpənizin yemək vərdişlərini dəyişməyə çalışmaqdansa, onu əvvəlcədən düzgün yolda tutmaq daha çox asandır. Yemək zamanı şirin içkidənsə, həmişə adi su verin. Və bu nə qədər şirnikləndirici olsa da, mükafatlandırma kimi yeməkdən istifadə etməyin. Bunun əvəzinə uşağınızı parka aparın, birgə oyun oynayın və ya onun üçün kitab oxuyun.

Şirin içkilərdən olan dükan şirələri, qazlı içkilər, süd kokteyli və həddən artıq çox şəkər qatılmış meyvə şirələrindən bacardıqca çəkinin və uşağınızın dişlərini qoruyun!

İnək südünü 1 yaşdan tez vermək olmaz. Yemək yeyərkən stəkandan bir neçə qurtum su verin.

Şirin qidalardan olan şokolad, konfetlər, biskvitlər, tortlar və istənilən şirniyyatların tərkibində həddən artıq şəkər və zərərli yağlar vardır.

Şirin yeməklər və içkilər verilmiş uşaqlar heç şirin qida dadmamışlara nisbətən daha çox vərdiş edirlər. Əslində, uşaqların yeməyinə şəkər əlavə etmək aşağıdakı ciddi problemlərə səbəb ola bilər:
 Şəkər onların kiçik dişlərini çürüdə bilər, bu da dişə plombun qoyulması və hətta dişin çıxarılması ilə nəticələnə bilər. Uşaqların dişlərinə şəkər əlavə edilmiş içkilər, xüsusilə, pis təsir edir.
 Şəkər onların çəkisini və ya köklük riskini artıra bilər ki, bu da gələcək həyatlarında diabet, ürək xəstəliyi və bəzi xərçəng xəstəliklərinə gətirib çıxara bilər.
 Şəkər körpənizi şirin məmulat yemək üçün sizi bezdirməsinə məcbur edər və sizin üçün də ona etiraz etmək daha çətin olar. İstədiklərini əldə etmək üçün ağlamaq və bezdirməyin bir vasitə olduğunu onlar çox tez öyrənirlər.

Duz və duzlu qidalardan olan çipsilər, qızardılmış yeməklər, yarımfabrikat yeməklər, fast fudlar, paketlənmiş yeməklər, bulyon tabletləri və ət suyunun tərkibində həddən artıq duz ola bilər və bu da körpəniz üçün pis nəticələnə bilər.

Boğulma bərk qidalar, sümüklər, üzüm və çeri pomidorları kimi kiçik yumru qidalar və sosislər kimi qabıqlı qidalardan baş verə bilər. Bütün qoz-fındıq və çərəz növlərindən uzaq olun.

Bal uşaqları xəstələndirə bilər, buna görə də 1 yaşdan öncə uşağınıza bal verməkdən çəkinin.

Sağlam çərəzkörpənizə ən sağlam olanı verin. Şokolad, dondurma və çipsiləri dadlı və sağlam (şəkərsiz) qəlyanaltılarla əvəz edin:Təzə meyvələr, Yoqurt (şəkərsiz), Düyü pudinqi, Sıyıq, Tost, çörək və ya lavaş, Kiçik ölçüdə pendir.

 

Mənbə: “Bərk Qidalarla Tanışlıq: həyata daha yaxşı başlanğıc” UNİCEF
Tərcümə edən: Mirzəyeva Ülviyyə

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.