3371

Cılız, zəif, müdafiəyə möhtac olaraq dünyaya gözünü açan bapbalaca insana Uca Allahın bəxş etdiyi ilk ən gözəl hədiyyə ana südüdür. Bu, elə bir nemətdir ki, fitrət etibarilə, kiçik ağız ona qovuşmaq üçün axtarışa başlayır, tapdıqda isə acgözlüklə əmərək, ehtiyaclarını təmin edir, rahatlaşır, böyüyür, inkişaf edir, həyata bağlanır. Beləliklə də,  Əzəmətli Xaliq Mərhəməti sayəsin­də yaradıb surət verdiyinə yolunu asanlaşdırır.

Reklam çarxlarında, poliklinika divarlarından asılmış lövhə və afişalarda gənc valideynlərə ünvanlanmış jurnal və qəzetlərdə tez – tez ana südünün ən yaxşı qida olması barədə yazılara rast gəlmək olar. Həyat və sağlamlıq mənbəyi olduğundan bir çox xalqlarda ana südü “ağ qan” adı ilə tanınır. Bütün bunlar da təsadüfi deyil. Həqiqətən də, ana südü  möcüzədir. Onu süni sənaye üsulu ilə istehsal etmək üçün göstərilən bütün cəhdlər insan qanının analoqunun kəşf edilməsi kimi elə ilk əvvəldən iflasla nəticələnməyə məhkumdur. Ana südünün su, zülal, protein, yağ, vitamin, hormonlar, bifidus-faktor, fermentlər, anticisimlərdən və s. ibarət olduqca zəngin tərkibi vardır. Onu da qeyd etmək lazımdır ki, ana südündə olan bu komponentlərin bir çoxunun təbiətdə analoqu mövcud deyildir.

“Yalnız ana südü hər cür mikrobdan təbii şəkildə təmizlənmiş halda uşağa çatır. Təkcə ana südündə beyinin böyüməsi və yetişməsi, əsəb sisteminin inkişafı üçün lazım olan bütün maddələr mövcuddur və o istənilən qidadan qat – qat zəngindir.”

“Yalnız ana südü hər cür mikrobdan təbii şəkildə təmizlənmiş halda uşağa çatır. Təkcə ana südündə beyinin böyüməsi və yetişməsi, əsəb sisteminin inkişafı üçün lazım olan bütün maddələr mövcuddur və o istənilən qidadan qat – qat zəngindir. Ana südü ilə böyüyən uşaqlar daha sağlam olmaqla yanaşı, əqli cəhətdən də yaşıdlarına nisbətən tez inkişaf edirlər. Əmizdirən ana ilə körpəsi arasında yaranan  psixo­loji və emosional əlaqə olduqca güclü və həssas olur. Yalnız ana südünün tərkibində yeni doğulmuş körpəyə lazım olan maddələr nəinki düzgün tənasübdə mövcuddur, həmçinin uşağın böyümə tempinə və tələbatına müvafiq olaraq həmin mütənasiblik dəyişmək qabiliyyətinə də malikdir. Təkcə ana südü iqlim şəraitindən və fəsillərdən asılı olmayaraq uşağa lazım olan temperaturda təbii olaraq “qızdırılır”. Eləcə də ana südü hamiləlikdən qorunmaq (yaxud bir qədər təxirə salmaq) üçün ən zərərsiz vasitələrdəndir”.

Müəllif: Həcər Abbasova

Mənbə: “İlahi nemət-ana südü” kitabı

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.