4036

Tədqiqatlara görə, ana körpəsini əmizdirməsinin müddətindən asılı olaraq, sonralar daha sağlam həyat tərzi keçirə biləcəkdir. Dünya həkimləri bir qənaətə gəliblər ki, million illərin sınağında keçən ana südü körpə üçün ən sağlam və dəyərli qidadır, analara isə doğuşdan sonra tezliklə qaydaya düşməyə ən faydalı yoldur. Bir ildən artıq süd verən analar xolestiroldan 20%, diabetdən 13% və yüksək təzyiqdən isə 12% daha az əziyyət çəkirlər. Bundan başqa ana südünün aşağıdakı üstünlükləri ilə tanış olaq.

  • Anada uşaqlığı normal ölçüyə qısa zamanda qaytarır.
  • Süd əmələ gətirən hormonlar qadının bədəninə həmçinin rahatladıcı (relaksasiya) təsiri göstərir.
  • Anada döş və yumurtalıq xərçənginin riski daha azdır, beləki, ana südü xərçəng hüceyrələrini öldürür (isveç alimlərinə görə).
  • Südverən ana gün ərzində 500 kalori yandırır beləki, bədən süd istehsalı üçün hamiləlik vaxtı toplanan piy qatını istifadə edir.
  • Ana yaşlı dövrdə güclü sümüklərə sahib olacaqdır.
  • Ananın sidik yollarının infeksiyasının qarşısı alınır.
  • Təbii kontrasepsiya və aybaşının qayıtmasını gecikdirə bilər.
  • Körpələrə ən azı 6 ay (26 həftə) yalnız ana südünün və 2 yaşına qədər digər ərzaqlarla yanaşı verilməsi məsləhət görülür.
  • Ana südü körpə beyninin inkişafı üçün bütün lazımi tərkibə malikdir.
  • Südəmərlər daha gözəl qoxuya sahibdirlər.
  • Südəmərlər süni qida alan körpələrə nisbətən ishal və qusma nəticəsində 5 dəfə az, respirator (asma) infeksiya nəticəsində 2 dəfə az xəstəxanaya düşmək, 2 dəfə az qulaq ağrılarından əziyyət çəkməyə, 5 dəfə az sidik yolu infeksiyalarına məruz qalmalarına, 2 dəfə az piylənmə və nəticədə uşaq diabeti qazanmağa şansları var. Həmçinin alergiya (ekzema), pnevmaniya, miningit, leykimiyaya qarşı az daha həssas olurlar
  • Yüksək İQ və daha yaxşı danışıq qabiliyyəti: uzun müddət əmizdirilən uşağın digərlərindən fərqi hətta 10 yaşına qədər hiss olunur.
  • Körpələrdə ağız və çənənin daha sağlam və düzgün formalaşması.
  • Ana südü həm körpənin ehtiyaclarına uyğun olaraq, həm də ananın yediyindən asılı olaraq dəyişdiyindən körpə müxtəlif dadlarla tanış olur bu isə gələcəkdə yeməkdə kaprizli olmamasına əsas yaradır.
  • Körpələrdə mədə xərçənginin qarşısını alır və gələcəkdə yaranma şansını azaldır.
  • Ana südünün tərkibində körpəni müxtəlif növ infeksiya (öskürək, soyuqdəymə, suçiçəyi və s.) və xəstəliklərdən (mədə-bağırsaq və respirator) qoruyan anti-cisimlər, enzimlər və hormonlar mövcuddur. Həmçinin onlar körpənin immun sistemini gücləndirirlər. Yüksək həll olan minerallar, anti-oksidantlar və digər anti-bakterial maddələr isə bakteria və viruslardan güclü mühafizədir.

Bir halda ki, anti-cisimlərin adı çəkildi nəzərinizə maraqlı bir faktı çatdırmaq istəyirəm: ANALAR! Körpələrinizi tez –tez öpün. Beləki, onları öpərkən dodaqlarınız vasitəsilə körpənizin dərisində olan bakteriya və virusları öz bədəninizə daxil edirsiniz. Bədəniniz isə bunları aradan qaldırmaq üçün xüsusi anti-cisimlər ifraz edərək südünüz vasitəsilə körpənizə keçir. Nəticədə zəif körpə bədəninin ifraz edə bilmədiyi güclü anti-cisimlər onun bədənində baş verə biləcək mənfi halların aradan qalxmasına səbəb olur.

  • Maddi vasitələrə qənaət- süni qida üçün pul, sterilzator və yedirtmə vasitələri.
  • Vaxta qənaət- süni qidanın hazırlanması və qabların sterilləşdirilməsi.
  • Təmiz, isti və təhlükəsizdir. Onu təsadüfən çarpayıya və ya döşəməyə dağıtmaq mümükün deyil.
  • Körpə ana südü əmməklə emosional rahatlıq və mühafizə hissi əldə edir, eyni vaxtda həm qida həm də məhəbbət qəbul edir.
  • Südəmərlər digər körpələrə nisbətən daha az ağlayırlar. Körpəsi ilə daha çox vaxt keçirdən ana onun bütün işarələrini anlayır. Nəticədə anada özünəinam hissinin artması kimi mühüm faktor meydana gəlir.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.