3895

Tütün məhsullarının istifadəsini dayandıran ana iki insanın-özünün və körpəsinin sağlamlığını ciddi şəkildə yaxşılaşdırmış olur. Bu cür zərərverici vərdişdən can qurtarmaq üçün analara dəstək mütləq şəkildə gərəkdir. Beləki, aşağıdakı hallarda qarşıya qoyulan çətinliyin həlli daha da gərginləşir: aclıq, yorğunluq, əsəblik və ya tənhalıq. Yenicə ana olmuş qadınların əksər hissəsi bu hallardan birində və ya bir neçəsində birdən ola bilir.

Zərərli vərdişi tərgitmək

Bəzi yalnış fikirlərə əsasən, tütün məhsullarından istifadənin qəfildən dayandırılması ziyan yetirə bilər.  Əslində isə bu zaman müşahidə olunan öskürəyin artması orqanizmin təbii bərpa reaksiyasının nəticəsidir. Həmçinin statistikaya əsasən, siqareti qəfildən atan insanlar tərgitmədə daha çox müvəffəqiyyətli olurlar. Əmizdirən ananın qəfil tərgitmə prosesində nikotini müntəzəm şəkildə azaltmağa  alternativ olaraq nikotinəvəzləyici terapiya (NƏT) metodunda istifadə edə bilər. Bu körpə və anaya minimal çətinliklər yaşamağa əsas olur. NƏT metodu zamanı bədənə digər zərərli maddələr daxil edilmir və burada istifadə olunan nikotin asılılıq yaratmır. Məsələ orasındadır ki, nikotin beynə nə qədər cəld çatırsa, bir o qədər güclü nikotindən asılılıq yaranır. Tütün məhsulları çəkilən zaman nikotin beyinə ən geci 7 saniyəyə çatırsa, NƏT metodu zamanı nikotin bədənə daha az daxil olur və get-gedə miqdarı azalır. Bu metod körpəsini ana südü ilə qidalandıran analara uyğundur, lakin fasiləli vasitələrdən istifadələrə (məsələn nikotin plasteri əvəzinə saqqıza) üstünlük verilməlidir.  Nikotinin bədəni yarımtərketmə zamanı 90 dəqiqəyə yaxındır ki, buna görə də uşaqlara ötürülən nikotinin dozasının azaldılması məqsədi ilə analar əmizdirmədən sonra NƏT istifadə edə bilərlər.

NƏT preparatlarının tərkibində olan nikotin dozası siqaret çəkməyən hətta böyük adamlarda ciddi problemlər (ürək tutmalarına bənzər hallar) yarada bilər. Plaster formasında və ya saqqız kimi istifadə olunan vasitələr körpəyə yapışarsa körpədə ciddi problem yarada bilər. Bu səbəbdən həmin vasitələrin istifadəsindən öncə və sonra uşaqlardan uzaq saxlanmalıdır.

Tütün məhsullarının tərkibi

Siqaret tütüsünün 3 əsas zərərli komponentləri mövcuddur: qətran (xərçəng xəstəliklərinin riskini artırır), dəm qazı (ürək-damar sisteminin xəstəliklərinə, insult və bətndaxili uşaq xəstəliklərinə səbəb olur) və nikotin (zəhərdir, ən əsas törətdiyi problem asılılıq yaratmasıdır).

Elektron siqaretlər (Veyplər)

Birləşmiş Krallığın Milli Səhiyyə Xidmətinin (NHS) apardığı tətqiqatların nəticələrinə görə elektron siqaretlər adi siqaretlərdən 95% daha təhlükəsizdir.  Elektron siqaretlərin istifadəsi  körpə və uşaqları qətran və dəm qazı təsirinə məruz qoymur. Elektron siqaretlərinin çəkilməsi zamanı ətraf məkana atılan nikotinin miqdarı daha azdır.  Əgər ana elektron siqaretlərdən istifadə edirsə, Kitemark keyfiyyət nişanı olanlara (bu nişan Britaniya Standartlar İnstitutuna məxsusdur) və ya Avropa Birliyi standartlaşdırma nişanı göstərilənlərə  üstün verməyi tövsiyə edilir. Bu nişanlar məhsulun tərkibinin düzgün göstərilməsinə və elektrik komponentlərin təhlükəsizliyinə təminat verir.

Elektron və ya adi siqaretlərin istifadəsi zamanı körpə ilə yataq bölüşmək.

Tütün məhsullarından istifadə edən ananın (həmçinin atanın) körpə ilə yataq və ya yataq otağı paylaşması uzun müddətdir ki, mütəxəssislər tərəfindən Qəfil Körpə Ölüm Sindromu  riskinin artması ilə əlaqələndirilir. Nikotininin təsiri neyroloji funksiyaların inkişafına xələl yetirir ki, bu da neyroloji sistem tərəfindən körpənin tənəffüsünün müdafiəsini təmin etmir. Həmçinin, körpənin ağciyərlərinin funksiyasına mənfi təsir göstərərək  yuxu ilə bağlı respirator problemlərin yaranmasına təkan verir. Qısaca olaraq, ikinci əl siqaret istehlakçısı olan körpə yuxuda boğulmaq təhlükəsi ilə üz-üzə qalır.

Tiryək (marixuanna) və əmizdirmə

Əksər hallarda tiryək tütün ilə birlikdə çəkilir ki, bu zaman tütünün bütün zərərləri ilə bərabər tiryək daha dərin və uzunmüddətli ciyərlərə çəkilir. Tiryəkin tərkibində yağların miqdarının çox olmasına görə 1 tiryəkli siqaret 5-7 ədəd adi  tütün siqaretə bərabərdir.

Tiryəkin tərkibində mövcud olan delta-9-tetrahidrokannabinol (THK) yağda həll olan fəal intoksikantdır. Bu təhlükəli maddə orqanizmin piy qatlarında toplanmaq xassəsinə malikdir ki, əmizdirən analarda rahatlıqla piy qatından südə keçə bilir. Bu komponent körpəyə dərhal təsir edir. Uşağa sakitləşdirici təsir göstərərək, süstləşmə və əmmə mexanikasının zəifləməsinə səbəb ola bilir. Nəzərə alsaq ki, THK bədəndə fəal toplanır və bədəndən ləng təmizlənir, onun ana südündə miqdarı qanda olan miqdarından 8 dəfə çox ola bilir. Həmçinin tiryək ana südünün istehsalı üçün əhəmiyyətli olar prolaktinin səviyyəsinə mənfi təsir göstərir.

Tiryək çəkən ananın yuxusu daha dərin olduğundan onun da körpəsinin Qəfil Ölüm Sindromu riski dəfələrlə yüksək olur. Bu səbəbdən körpə ilə eyni yatağı paylaşmaq qəti qadağandır.

Qəlyan

Qəlyan çəkmək üçün ətirlənmiş tütün közərən kömür qabına yerləşdirirlir yaranan tüstü sudan keçərək çəkənin ağız boşluğuna daxil olur. Bəzən qəlyanı tütünsüz də edirlər. Lakin istənilən halda, kömürün yanması zamanı tərkibi dəm qazı ilə zəngin qatı tüstü yaranır. Bütün bunlardan əlavə olaraq qəlyanın çəkilməsi prosesi uzunmüddətli olduğundan qəlyanın 1 dəfə çəkilməsi 100 siqaret çəkilməsinə bərabərdir. Şübhəsiz ki, qəlyan da digər tütün məmulatları kimi ana südünə və körpəyə ziyan yetirmək qabiliyyətindədir.

Yuxarıda sadalanan mənfi hallar nəinki, anaların tütün məhsullarının qəbulu zamanı hətta körpə ilə eyni məkanda (otaq, ev, nəqliyyat vasitəsində) olan digər qohumların və yaxınların (ata, baba, sürücü və s) çəkməsi zamanı da yarana bilir. Buna görə də hətta siqaret çəkməyən valideynlər körpələrini zərərli tüstüdən qorumalı, çəkən insanlara xəbərdarlıq etməli və ya məkanı tərk etməkdən çəkinməməlidir.

Müəllif: Rebecca Coyle

Məqalənin mənbəyi: www.laleche.org.uk

Məqaləyə əlavələr: lllrussia.ru

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.