18543

Körpənin ağlamağı ilk növbədə onun ac olduğunu göstərir və onu sakitləşdirməyin ən birinci yolu təbii ki, əmizdirməkdir. Amma heç bir səbəb olmadan körpənin uzun müddət ağlamağı yeni valideynləri təngə gətirə bilər. Biz sizə körpənizi sakitləşdirməyin bir neçə üsulunu təqdim edirik.

Məsləhət görülür ki, bunlardan bir neçəsini sınaqdan keçirəsiniz, çünki bu və ya digər üsul bu gün işə yaraya bilər, sabah isə yox. Rahat olun və yadınızdan çıxarmayın ki, bu da gəlib keçəcək.

Əlamətlər:

Körpənizin

  • Gün ərzində dəfələrlə dayanmadan ağlaması;
  • Əllərini yumruq şəklində bərk bükməsi;
  • Ayaqlarını qarnına tərəf yığması;
  • Qazını çıxarması;
  • Üz-gözünü bürüşdürməsi.

Bunun səbəbləri:

  • Tam inkişaf etməmiş mədə-bağırsaq sistemi;
  • Həssas sinir sistemi;
  • Həddən artıq qaz/köp və ya körpənin normadan çox yedizdirilməsi;
  • Süni qidanın uyğunsuzluğu;
  • Körpənin əmizdirən ananın yediyi hər hansı bir ərzağa əks reaksiyası;
  • Körpənin həddən artıq oyanıq və nəticədə yorğun olması.

Nə edə bilərsiniz?

  • Körpənizi öz bədəninizə sıxın;
  • Körpənizi hər hansı formada hərəkətdə saxlayın:
      ♦Qucağınızda gəzdirin;
      ♦Körpə yelləncəyində yellədin;
      ♦Özü yırğalanan oturacaqda yırğalayın;
      ♦Ayaq üstə o yan bu yana yırğalayın;
      ♦Maşında və ya uşaq arabasında gəzdirin;
      ♦Körpəni slinqdə gəzdirin.
  • Bəyaz küy və ya monoton səslərlə (axar su, tozsoran, paltar yuyan/qurudan, fen) körpənizi sakitləşdirin;
  • Gündə bir neçə dəfə körpənizi özünüzə (bədəninizə) sıxın;
  • Körpənizi yüngül bələyin;
  • Körpənizi soyundurun və qoyun rahat hərəkət etsin;
  • Çoxlu hərəkət, yüksək səs və parlaq işıqla körpəni həddən çox yormaqdan çəkinin;
  • Müxtəlif səslər, yerlər və əşyalarla körpənin fikrini yayındırın;
  • Körpənin qarnına ehmalca sıxın:
      ♦Körpənizi “təyyarə” və ya “kolik vəziyyətində” saxlayın (üzü üstə, qolunuz və ya biləyinizlə dəstək verərək körpənizin qarnını sıxın);
      ♦Körpənizi çiyniniz və ya diziniz üstə saxlayın.
  • Körpənizin ayaqlarını velosiped sürürmüş kimi hərəkət etdirin;
  • Hər hansı bir ərzağın körpənizi narahat edib-etmədiyini müəyyən etmək üçün yediyiniz yeməkləri qeyd edin (4-6 saat çəkə bilər);
  • Əmizdirmə məsləhətçisi ilə danışın. O sizə “ön” və “arxa” süd balansını qorumaq üçün hər əmizdirmədə yalnız bir döşü verməyi və ya başqa üsulları təklif edə bilər;
  • Siz bir az ara verin, istirahət edin, qoyun başqa birisi sizə kömək etsin. Körpəniz sizin gərginliyinizi hiss edə bilər.

Müəllif: Vergie Hughes
Tərcümə edən: Həmidə Ağahüseynova,

4 Comments

  • Kemale
    Posted 13 Sentyabr 2012 1:02 0Likes

    Tewekkur,saydiqlarinizin coxunu edirem,cox vaxt xeyr edir

  • xanim
    Posted 10 Aprel 2013 21:36 0Likes

    tewekvekkurler bawqa mwslehetler varsa xaiw edirem elave edesiniz

  • aysel
    Posted 22 İyul 2013 19:26 0Likes

    korpem 4ayliqdi.ana sudu tekce verirem.ama hec cekisi artmir.ne edim

  • GULU
    Posted 07 Oktyabr 2013 16:40 0Likes

    gundelik etdiyimiz weylerdir,,,bezen bunlarlada sakitlewmir uwax.bes onda ne etmek meqsede uygun olardi

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.