16617

Hər bir qadın fərqli oluğu kimi döşlər və gilələr də formasına, ölçüsünə, rənginə görə qadından-qadına fərqli ola bilir. İstənilən döş istər iri, istər kiçik, istər dik, istər sallaq döşlər körpənin tam ehtiyaclarını ödəyə biləcək miqdarda süd istehsal edir.

Gilənin uzunluğu və ya qısalığından, areolanın rəngindən və genişliyindən asılı olmayaraq sağlam analarda əmizdirmə problemləri olmamalıdır.

Müəyyən mənada yastı və ya çevrilmiş gilələr əmizdirmədə cüzi çətinliklər yarada bilər ki, onları da mütəxəssislərlə birlikdə çözmək kifayət qədər mümkündür. Bir sözlə fiziki görünüşündən asılı olmayaraq dünyada yaşayan 98% qadınlar süd istehsal etmək qabiliyyətindədirlər.

Bütün nikbin statistikaya rəğmən həqiqətən də bəzi qadınlar döşlərində olan patologiya ilə əlaqədar ana südü istehsal etmək qabiliyyətindən məhrumdurlar.

Hipoplaziya – faktiki olaraq yalnız areoladan və gilədən ibarət olan, ifrat dərəcədə kiçik döşlərə malik olan qadınlar hətta düzgün təşkil olunmuş əmizdirmə zamanı südün azlığından əziyyət çəkirlər. Hipoplaziya dedikdə, qadınlarda döş vəzlərinin natamam inkişafı nəzərdə tutulur. Hipoplaziya diaqnozunu əminliklə ultra səs müayinəsi zamanı təyin etmək olar. Həmçinin qadınlarda döşlərin bir-birindən kəskin şəkildə uzaq olması da hipoplaziyanın əlamətlərindən biri ola bilər.

Brokkoli tərəvəzinin timsalında qadın döşünü sadə şəkildə təsəvvür etsək: brokkoli çiçəkləri süd vəzləri, çiçəklərə birləşmiş gövdələr isə süd kanallarıdır. Hipoplaziyadan əziyyət çəkən qadınlarda məhz həmin “brokkoli çiçəklərinin” çox az miqdarda olması deməkdir. 

Fresh organic halved broccoli isolated on white background Free Photo

Hipoplaziyası olan ana körpəsinə süd anası tapmaqla və ya donor südü verməklə ana südünün faydalarından yararlana bilərlər. Donor südündən istifadə edən valideynlər süd qohumluğu haqqında daha ətraflı məlumat əldə edə bilərlər. Aşağıdakı şəkildə hipoplaziya təsvir edilmişdir:

Hipoplaziyası olan qadının döşünə böyürdən baxdıqda, tanınmış uşaq cizgi filmi qəhrəmanı “Snoopy”-nin burnuna bənzər bir forma görmək mümkündür. Hətta mütəxəssislər arasında buna “snoopy” döş də deyilir. Bəzən döşün ölçüsü gözə kifayət qədər iri gələ bilir, lakin böyürdən görüntü həmin döşdə kifayət qədər süd vəzlərinin olmamasının göstəricilərindəndir. Məhz buna görə də mütəxəssislər dönə-dönə qeyd edirlər ki, hipoplaziyanı döşün ölçüsündən deyil, onun formasında təyin etmək gərəkdir.

Snoopy - Pink - The Pop Art Collective

Kəskin assimmetriya – Qadınlar arasında bir döşün digərinə nisbətən daha böyük və ya balaca olmasına rast gəlmək normal haldır. Lakin bəzi qadınlarda bu ölçü fərqi kəskin şəkildədir. Nisbətdə kiçik olan döş adətən kifayət qədər süd vəzlərinə malik deyil və bu səbəbdən həmin döşlərdə daha az süd istehsalı müşahidə olunur. Lakin hətta bu halda analar hər iki döşlə əmizdirməyi davam edə bilərlər.

Bəzən daha sağlam olan döş hər iki döşün vəzifəsini öz üzərinə götürərək kifayət edəcək miqdarda süd istehsal edir. Eyni prinsip döş xərçəngi nəticəsində bir döşündən məhrum olmuş qadınlara da özünü göstərir. Bu o deməkdir ki, “tələb və təklif”dən asılı olaraq, bədən bir döşün vasitəsilə körpənin ana südünə olan bütün ehtiyaclarını təmin etməyə çalışır.

Əgər qadın döşlərinin formasına görə hər hansı bir narahatlığa qapılıbdırsa, vaxtında mütəxəssis müayinəsindən keçməyi və əmizdirmə məsləhətçisindən tövsiyə almağı gərəkdir.

Müəllif: Səltənət Zülfüqarova

11 Comments

  • aysel
    Posted 22 Noyabr 2014 19:41 0Likes

    Salam.evvelce size derin minnetdarligimi bildirirem ki,bele bir sayt yaratmisiz ve sud veren analari melumatlandirirsiz.sizdenacizane yardim isteyirem.men artiq 4aydir ikinci defe ana olmusam.korpemi tebii ki,her bir ana kimi ana sudu ile qidalandirmatredieq isteyirem.amma sud vezileridirin uclari partlayir,yara olur emdirdikden sonra yangi ve sancidan cox eziyyet cekirem.muxtelif kremlerden istifade etmisem.artiq mazlar derime alergiya verir.tebi mehsullardan istifade edirem amma elede guclu tesir etmir.mene nece yardim ede bilersiz?

  • Meryem
    Posted 18 May 2018 15:20 0Likes

    yalniz sud veren analara aiddi yoxsa qiz uwaqlarinda da hipoplaziya olur?

    • vib.az
      Posted 19 May 2018 20:58 0Likes

      Meryem xanım, bütün qadınlara aiddir. Əgər yeniyetməlik dövrünü tamamlamış biridirsə, mamoloqa göstərmək və diaqnozu dəqiqləşdirmək məsləhətdir.

  • Sabrina
    Posted 08 Sentyabr 2018 10:29 0Likes

    Salam men usaqi ana sudu ile besleyirem.lakim son 2-3 gundur ki saq dosumun gilesi cox pis aqriyir ve hemcinin diger dosumenisbeten cox boyuk gprsenir.evveler eyni olcude gorsenirdi her 2-si.indi saq dosum cox boyukdu ve aqirlasir

    • vib.az
      Posted 08 Sentyabr 2018 20:58 0Likes

      yazdığınız məqam bir sıra qadınlarda özünü göstərə bilər. Adətən əmizdirmə tamamlanandan sonra döşlərin simmetriyası bərpa olur, olmazsa növbəti hamiləlikdə dəyişikliklər baş verə bilər.

  • Aide
    Posted 19 İyul 2019 3:15 0Likes

    Salam .Menim sud vezimin biri boyuk , biri kicik qalib emizdirdim deye cunki birini emdi birini ise yox .Nece ede bileremki formasini duzeldim? Xahis edirem cvblandirasiniz

    • vib.az
      Posted 01 Avqust 2019 5:48 0Likes

      Salam dəyərli Aidə xanım! Sizin rastlaşdığınız hal əksər qadınlarda özünü göstərir. Adətən əmizdirmə aramla dayandırılandan bir müddət sonra döşlər öz əvvəlki proporsiyalarına qayıdırlar. Bəzən isə növbəti hamiləlikdə tarazlıq bərpa olunur.

    • Ayla
      Posted 23 İyun 2020 2:00 0Likes

      Salam. Bir sey sorusmaq isdyrem, 17 yasm Var. Gileler Yoxdu var ama Ehtirasdan – ehtirasa, olur Cox yumusaq olur bu nedendi?

      • anasüdü.az
        Posted 23 İyun 2020 17:47 0Likes

        Bu sadəcə sizin dölərinizin xüsusiyyətidir. Problem görmürük təsvir etdiklərinizdə.

        • Ayla
          Posted 25 İyun 2020 0:15 0Likes

          Aha Cox sag olun özumde Narahat olurdum..

        • inci
          Posted 04 Noyabr 2020 21:51 0Likes

          Salam menim12 yaşim var amma menim döşüm dostlarima ramen bir az böyük olmaği ile ferqlenir sebebini bilirsiniz?

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.