898

Müstəsna olaraq, ana südü ilə qidalanan körpələrin düzgün inkişafına nəzarət həm anaların, həm də bu körpələr ilə işləyən mütəxəssislərin məsuliyyətidir.

Ana südü alan körpələr doğulduqdan iki həftə sonra doğum çəkilərini tam bərpa etməlidirlər. Bu laktasiyanın və körpənin sağlam çəki almasının göstəricisidir.

Unutmayaq ki, ana südü çatızmazlığını ehtimal edib süni qidaya başlamaq üçün buna ciddi əsaslar və çoxlu-çoxlu rəqəmli göstəricilərə ehtiyac var. Yəni havadan “uşaq doymur süni qidaya başla /keç” deyilən anlayış kökündən səhvdir.

Analar həmçinin unutmamalıdırlar ki, körpənin inkişafı və iştahası düz xətt üzrə artıma doğru deyil, ziqzaq və ya ilanvarı xəttlə gedə bilir. Yəni hətta bəzən körpə eyni çəkidə müəyyən müddət qala bilir. Əsas odur ki, körpə Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu standartlardan kənara düşməsin. Bunun üçün biz elə həmin təşkilatın müstəsna olaraq ana südü ilə qidalanan ayrıca qız və ayrıca oğlanlar üçün tərtib etdiyi cədvəllərlə işləyirik.

Müasir dövrdə uzun hesablamalara ehtiyac yoxdur, istifadəsi asan tətbiqlər (App) mövcuddur. Bizim məsləhət saatına çəki ilə bağlı narahatlıqla müraciət edələri bazamıza daxil edərək aylıq izləyirik (valideynlərin istəyi ilə). Öncə əmizdirmənin aparılmasını müşahidə edirik, əmizdirmə prosesinə düzəliş verdikdən sonra körpənin artımı göz altına alınır.

Özümüzün işlətdiyimiz və valideynlərə də tövsiyə etdiyimiz tətbiqləri görmək üçün fotoları çevirin.

📳Androidlər üçün “Anthro”

📳 İOS (Apple) üçün “Growth: baby and child chart”

Lakin bütün bu məlumatları emal etmək sizin üçün qəliz gəlirsə, körpənizi əsassız süni qidaya keçməyi tövsiyə edirlərsə bizim məsləhət xidmətimizdən yaralana bilərsiniz.

Səltənət Zülfüqarova və anasüdü.az komandası 💛💛💛

Məsləhət xidmətimizdən istifadə etmək və yazılmaq üçün:

Telefon: +994 50 5388993

Ünvan: Yasamal, Mirəli Seyidov 20, blok 2, mərtəbə 17.

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.