1095

Pişiklə döşün oxşarlığı nədir? Görünüşcə heç nə amma…

Qadın döşü anatomiyasına görə çox həssas və xüsusi nəvaziş tələb edən bir orqandır. Döşlərində dolğunluq yaranan analardan ən tez-tez eşitdiyim şikayət sərt, ağrılı və kobud döş massajı təcrübələridir.

⛔Diqqət! Əgər müraciət etdiyiniz mütəxəssis döşlərinizə “pişiyə sığal çəkilən kimi” davranmırsa demək artıq problemdir. Çünki döşlərlə işləyərkən sığaldan daha güclü toxunuşla təmas etmək düzgün deyil. Sərt və kobud massaj döşlərdə mütləq travmalara və bir neçə gün çəkəcək ağrılara səbəb olur. Hətta bəzən analar qançırların olduğunu müşahidə edirlər. Qətiyyən qoymayın! Bu cür davranış gələcəkdə ciddi problemlərə əsas yarada bilir.

Hətta analar belə bir “müalicə” prosedurundan sonra ümumiyyətlə körpəni süddən kəsmək istəyirlər. Ananın “sağılmaq işgəncəsindən” sonra bu cür hissləri gözləniləndir!

O zaman sual yaranır döşlərdə dolğunluğu necə aradan qaldırmaq olar?

Qeyd etməliyəm ki, əmizdirən anaya inteqrativ metodlarla yanaşan ölkələrdə dolğunluğu aradan qaldırmaq üçün artıq döşlər sağılmır. Bu proses limfatik sisteminin manipulyasiyası üsulları ilə aradan qaldırırlır. Metodun tətbiqinə müxtəlif üsullarla yanaşan və bu üsulları icad edən beynəlxalq mentorlarımızdan dərs almış və tətbiqini həyata keçiririk.

Bu metodlara aiddir:

Döşlərin Limfa Drenaj massajı

Limfa drenaj effektli döş gimnastikası

Limfa drenaj teypləmə

Limfa drenaj vakuumun tətbiqi

Mikro vibrasiya ilə döşlərin yumşaldılması

Həmçinin səriştəli terapevtimizin təyinatı ilə şiddətli dolğunluq yaşayan əmizdirən analara dolğunluğu azaldan və əmizdirməyə ziyan yetirməyən müalicənin tətbiqi ilə paralel aparılır.

Əgər döşlərinizdə doğuşdan sonra dolğunluq, bərkimə, lomba, tutulmuş kanal və ya çatlamış gilələr kimi müxtəlif problemlər varsa bunu aradan qaldırmaq üçün məsləhət saatımızda görüşmək mümkündür. Biz döşlə olan təması minimal səviyyədə saxlayaraq problemi həll etməyə çalışırıq.

Unutmayın ki, döşlərdə südün durğunluğu döş sağlamlığı üçün o qədər qorxulu deyil, nə qədər ki, kobud davranış və sərt metodlar.

Özünüzü və bədəninizi qoruyun!

Səltənət Zülfüqarova və anasüdü.az komandası 🧡🧡🧡

Məsləhət xidmətimizdən istifadə etmək və yazılmaq üçün:

Telefon: +994 50 5388993

Ünvan: Yasamal, Mirəli Seyidov 20, blok 2, mərtəbə 17.

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.