3104

Əslində danışmaq qabiliyyəti olmasa da körpələr emosiyaları ilə bizə istədiklərini çox gözəl çatdıra bilirlər. Araşdırmalar göstərir ki, insanın tab gətirə bilmədiyi səslərdən ən başlıcası körpənin ağlamaq səsidir. 😭⠀

Sözsüz ki, bu körpənin məhv olmaması üçün ən güclü silahlarından biridir. Əks halda ağlamaq səsi xoş olsaydı insanların heç biri körpəyə və onun istəklərinə məhəl qoymazdılar.

Lakin körpəni ağlama həddinə çatdırıb əmizdirmək düzgündürmü? Əlbəttə yox! Bəs nədən?⠀

ağlamaq aclığın ən son həddidir. ⠀

ağlayan körpə artıq məyusdur və pis əhvaldadır.⠀

ağlayan körpə böyük ehtimalla döşdən imtina edəcəkdir.⠀

ağlayan körpə döşü tutsa belə, südün gəlişinə səbrsizlənəcəkdir.⠀

ağlayan körpəni sakitləşdirmək daha çətindir. ⠀

“Göründüyü kimi “Ağlamayana məmə/əppə yoxdur!” yanaşması əmizdirmək üçün uyğun prinsip deyil.⠀



O zaman nə etməli? Körpəni ilk aclıq əlamətlərinə fikir verməli və dərhal əmizdirməyə çalışmalı:⠀


körpə yuxudan oyanır və gərnəşir..⠀

pişik kimi yumşaq səslər çıxarır…⠀

başını yanlara çevirib ağzı ilə axtarır…⠀

ağzına toxunan hər şeyi əmməyə cəhd edir…⠀

Bu hallar daha çox ilk 0-3-6 aylarda özünü göstərir. Daha böyük uşaqların aclıq əlamətlərini bilmək analar üçün daha rahatdır. Həmçinin uşaqlar da artıq böyüdükcə aclıqlarını daha aydır biruzə verirlər…⠀

Əmzik verilən uşaqlar aclıqlarını düzgün anlaya və əmizdirilmək ehtiyaclarını bildirməkdə çətinlik çəkirlər. Səbəb isə sadədir, məhdud əmmə qabiliyyəti və gücü olan körpə bütün əmmə fəaliyyətini əmziyə sərf edərək yorulub yuxuya gedir. Məhz başlıca olaraq bu səbəbdən irəli gələrək, əmizdirən analara körpələrinə əmzik verməmək tövsiyə olunur. Körpənin ilk aylarda bütün əmmə prosesi ananın döşündə keçməlidir. Bu həm körpə, həm də ananın süd ehtiyatı üçün faydalıdır. Digər tərəfdən əmzik körpələrdə gilə çaşqınlığına səbəb olur.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.