1197

Sizcə, sidik kisəsi ilə döşün oxşarlığı nədir?⠀
Məncə də heç nə!
Amma əksər qadınlar bu fərqli orqanların fəaliyyət prinsipini nədənsə eyni görürür.⠀
Əgər sidik kisəsinin dolu olmağı orda sidiyin mövcudluğundan xəbər verirsə, döşlərin boşluğu orda südün olmamasından xəbər vermir. Və ya sidik kisəsi dolduqca onu boşaltmaq lazımdırsa, döşləri boşaltmaq (uşağı əmizdirmək və ya sağmaq) üçün dolğunluğu gözləmək yalnışdır. Səbəb odur ki, düzgün təşkil edilmiş əmizdirmə zamanı ananın döşlərini yarıboş, yumşaq və xarici göstəricilərinə görə qətiyyən süd istehsal edən döşə oxşamamalıdır.

Nə qədər yumşaq və boş?

Əmizdirən ananın döşləri qulağın sırqalığı qədər yumşaq və boş olmalıdır. Bu körpədə döşü daha dərindən və düzgün tutmağa səbəb olacaqdır. Unutmayaq ki, dolğun döşlər daha çox gilə yaraları və ağrılarına məruz qalırlar. ⠀

O ki, qaldı sidik kisəsi və döşlərin oxşarlığına. Bu iki orqan hərəsinə məxsus fərqli prinsiplə işləyir. ⠀

Düzdür, doğuşdan sonra döşlərdə dolğunluq hiss olunur. Lakin bu südün istehsalından əlavə mürəkkəb bir hormonal durum və limfa sisteminin fəaliyyəti ilə daha çox əlaqəlidir.⠀Hətta artıq Qərb praktikasında hazırda analara dolğunluq olarkən sağmağı yox, limfodrenaj xarakterli döş gimnastikası və massajı etməyi tövsiyə edilir. Biz də bu praktikanı məsləhət saatlarımızda tətbiq edirik. Hətta xüsusi mikrovibrasiya və isidici təsirə malik döş massajorunu da tətbiq edirik.

Qayıdaq sualımıza:


Qısa cavab: Xeyr! Qurumadı, əksinə laktasiya növbəti inkişaf mərhələsinə keçdi.

Doğuşdan 7-14 gün sonra döşlərdə dolğunluq yox olub gedir, yumşaqlıq və boşluq hissi yaranır. Döşlərin boşluğunun müsbət göstərici kimi başqa bir səbəbi də var, demək ki, körpə döşləri düzgün tutur, rahat boşaldır və özünə kifayət edəcək qədər ana südü çıxarda bilir. ⠀

Unutmayaq, laktasiya dövründə döşlər bir qızıl qaydaya əsasən işləyir:


Tələb edən (körpə və ya südsağan) və Təklif edən (laktasiya edən bədən və döşlər)!


Tələb edən nə qədər fəal olarsa, təklif edən də bir o qədər bol süd istehsal edəcəkdir. Odur ki, döşlərin dolğunluğu əhəmiyyətli deyil, əsas bol-bol tələb olsun.⠀
Bəzən analar döşlərin boşluğunu ifrat şəkildə olduğunu axşamlar hiss edirlərlər. Bu halda analara süni qidaya deyil, südartıran vasitələrə, laktogenetik qidalara üz tutmağı tövsiyə edirik. Bu vasitələrin bu halda ən uyğun vaxtı günorta saatlarından sonra qəbuludur.

O zaman əgər südün istehsalında və miqdarında problem yoxdursa, bəs, körpə nədən vurnuxur, narahatdır və axşam kürlükləri edir? Bunun səbəbi kifayət qədər çox ola bilər.
Həmçinin döşləri qısa fasilələrlə və ya fasiləsiz tələb edən körpələrin başqa, daha əsaslı səbəbi olar bilər- “İnkişaf sıçrayışı” mərhələsi nə zaman, necə və nədən baş verir məlumatlarını məqaləmizdən öyrənin.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.