Abunə olBizi izlə

Əmizdirməyə dəstək

Dünya üzrə kimlərə dəstək olmuşuq?

Ümumdünya Əmizdirmə Həftəsinin 2020 sonunda əmizdirmə məsləhətçisi, www.anasudu.az saytı olaraq fəaliyyət nəticələrimizi yuvarlaşdırmağa çalışdıq. Azərbaycanın bir çox regionlarından analarla işlədiyimizi əksəriyyətə məlumdur.⠀ Lakin Azərbaycanı beynəlxalq laktasiya ictimaiyyətində təqdim etməyimizi və dünyanın 21 ölkəsindən olan analarla işlədiyimizi də vurğulamaq istəyərdik. ⠀⠀Fəaliyyətimiz ərzində xəritədə göstərilən ölkələrin yerli…

Ardını oxu

Ümumdünya Əmizdirmə Həftəsi: Əmizdirməklə Yer kürəmizi qoruyaq

Ümumdünya Əmizdirmə Həftəsi 1991-ci ildə Malayziyada yaradılmış WABA (Əmizdirmə Fəaliyyəti üçün Dünya Aliansı) tərəfindən hər il həyata keçirilən maarifləndirici bir tədbirdir. Tədbir hər ilin 1-7 avqustu tarixinə planlaşdırılır və beynəlxalq səviyyədə təşkil edilir. Alians ana südünü mühafizə, təbliğ edən və dəstəkləyən şəxslərin və təşkilatların qlobal…

Ardını oxu

Əmizdirərkən arıqlamaq arzusundasınız?

Süddaş və Dr. Amaliyadan “Əmizdirərkən arıqlamaq” pəhriz planı⠀⠀🤱 “Süddaş” anaları daim düşünür və onların istəklərini nəzərə alaraq yeniliklər və faydalı xidmətlər təklif edir. Analar tez-tez bizə əmizdirərkən arıqlamaqla bağlı müraciət edirlər. Nəticədə çox sevdiyimiz, əziz və respublikamızın azsaylı səriştəli nutrisioloq-dietoloqlarından qabaqcılı Dr. Amaliya Rəhimova ilə…

Ardını oxu

Südartıran çaylar

Südartıran çaylar nə dərəcə təsirlidir? Əgər əmizdirmə düzgün təşkil olunubsa, südartıran çayların nəinki südartırma xassəsindən həm də, bədənə olan xeyrindən xeyli faydalanmaq mümkündür. Əmizdirmə düzgün təşkil olunur dedikdə nəzərdə aşağıdakılar tutulur: Ana körpəyə döşdə bol-bol əmməyinə imkan və müddət təmin edir. Əmizdirmə saatla deyil, körpənin…

Ardını oxu

Doyumlu südartıran şirniyyatlar

Azərbaycandan kənarda südartıran şirniyyat növləri artıq çoxdandır analar tərəfindən fəal istifadə olunur və rəğbət sahibidir. Bunun şahidi olmaq üçün internetdə “breastfeeding cookies”, “lactation cookies” hətta “booby cookies” adı ilə çoxsaylı laktsiyanı dəstəkləyən qurabiyə markaları və başqa növ qənnadı məmulatlar tapmaq mümkündür. Pearl Bakery Baku, Buta…

Ardını oxu

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.