3508

Laktasiya məsələləri ilə bağlı bir çox müasir kitablarda ana olmağa hazırlaşan  xanımlar əmizdirmə haqqında aşağıdakılardan mütləq şəkildə doğuşdan öncə agah olmasını bildirir. Bu məlumatlar gələcək anaya potensial əmizdirmə problemlərindən yayınmağa və rastlaşa biləcəyi məsələlərə düzgün çözüm seçməyə imkan verə bilər.  “Mother Food” kitabının müəllifi Hillary Jacobsondan aşağıdakılarla paylaşır.

Ifrat və ağrılı şişkinlik. Doğuşdan bir neçə gün sonra  ağuz südü yetkin südlə əvəzə olunmağa başladığı zaman döşlərin ifrat şəkildə dolmaması üçün körpəni tez-tez əmizdirin və döşlərinizi rahat oluncaya qədər boşaltmağa çalışın.

Kələm yarpaqları. Sərinləşdirilmiş və əldə yumuşaldılmış kələm yarpağını döşə  20 dəqiqəlik qoyulması şişkinliyin azalmasına səbəb ola bilər.  Bu prosedur bir neçə dəfə təkrar oluna bilər.

Büstqalter. Əmin olun ki, geyindiyiniz büstqalter boşdur və sizi sıxmır. Əks təqdirdə dar alt geyim kanalların tutulmasına, mastit və hətta südün  azalmasına gətirib çıxara bilər.

Maye. Əmizdirmənin ilk həftələri kifayət  qədər maye qəbul etməyə çalışın. Bununla siz kanalların tutulmasının qarşısını ala bilərsiniz.

Çatlamış gilələr. Adətən belə bir fəsad körpənin giləni düzgün götürməməsi və ya körpəyə döşün düzgün təklif olunmaması ilə meydana gəlir. Əmizdirməni düzgün həyata keçirmək üçün əmizdirmə məsləhətçisinə müraciət edin. Çatlamış gilələrə bir qədər ağuz südü damcılladın, qurudun və üzərindən nəmləndirici sürtün.

Döş infeksiyası. İmmun sisteminizi dincəlmək, mütəmadi sağlam qida qəbul etməklə möhkəmləndirin. İsti duş qəbul edin, döşlərinizi massaj edib boşaldın, tez-tez əmizdirin və həkimin yazdığı müalicə kursunu başa çatdırın.

Süd yarası. Bu növ göbələk infeksiyası qida rasionunuzda külli miqadarda şəkər, ağ un məmulatlarının və ya anti-biotik preparatların qəbulu ilə əlaqədar ola bilər. Doğuşdan əvvəl və sonra kefir, qatığın qəbulunu artırın. Həmçinin qreypfrut tumlarının çövhərini qəbul etmək  də uğurlu profilaktik və müalicəvi nəticə verə  bilər. Süd yarasını müalicə etmək üçün həkiminizə müraciət edin.

Hazırladı: anasüdü.az

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.