9271

Güldəfnə (Trigonella foenum-graecum) toxumları zülal, amin turşularının qiymətli mənbəyi olmaqla yanaşı kalium, fosfor, maqnezium, dəmir, kalsium, vitaminlər (C, B1, B2, PP, fol turşusu), hormon sabitləşdirici maddələr və hormonlarla zəngindir.

Peyğəmbər (Allahın ona salamı və salatı olsun) demişdir: “Özünüzü güldəfnə (helba) ilə müalicə edin!”

Təbiblər isə qeyd edirdilər ki, əgər insanlar güldəfnənin nə qədər faydalı olduğunu bilsə idilər, onu qızıl qiymətinə də olsa alardılar. Həmçinin ingilis alimi Kleber məlumat vermişdir ki, əgər bütün dərmanları tərəzinin bir gözünə, güldəfnəni isə digər gözünə qoymaq mümkün olsaydı, tərəzinin gözləri bərabərləşərdir.

1876-cı ildə ABŞ-da, əsas tərkibi güldəfnə olan, melanxoliya və qadın nasazlıqları kimi xəstəliklərə qarşı “Lidiya Pinkhem Eliksiri” patentləşdirilmişdir. Bu eliksir müəllif tərəfindən “XIX əsrin tibbi kəşfi” kimi irəli sürülmüş və əsasən menstrual narahatlığın aradan qaldırımasına xidmət edirdi.

Ümumiyyətlə güldəfnə“qadın vasitəsi” adlandırmaq olar. Müasir tədqiqatlar bu bitkinin tərkibində, qadın cinsi hormonu olan estrogenlərə bənzəyən diosgenin maddəsinin yüksək tərkibdə olmasını təsdiqləyiblər. Bu maddə yumurtalıqların polikistozu, mastopatiya, qalxanabənzər vəzin şişi, qanamayan fibromiomalar, ikinci sonsuzluğun müalicəsində böyük rol oynayır.

Güldəfnədən doğuşa yardım (doğuş sancılarını aradan qaldırılması və doğuşun sürətləndirilməsi, əsəb sistemini sakitləşdirilməsi və gələcək ananın orqanizminin süd əmizdirməyə hazırlayan) vasitə kimi istifadə olunması məsləhətdir. Güldəfnə həmçinin bir başa laktasiyanın gücləndirilməsi üçün istifadə olunur.

  • Güldəfnədən hazırlanmış çay ana südünün axınına səbəb olur: “Sarı Misir çayını hazırlamazdan əvvəl, toxumları əsaslı surətdə təmiz soyuq suda yaxalayıb təmizləyin. Sonra 2 çay qaşığı güldəfnə toxumuna 1 stəkan su əlavə edib odub üzərinə qoyun, 5-7 dəqiqə ərzində qaynadın. Bu möhtəşəm içkinin dadını yaxşılaşdırmaq üçün, istəyinizdən asılı olaraq ona zəncəfil, limon və ya bal qata bilərsiz. Bu çaydan sutka ərzində 3-4 dəfə içə bilərsiz”.
  • Əks göstərişlər: Hamiləlik və vaginal qanaxmalar zamanı güldəfnənin qəbulu qəti qadağandır. İnsulindən asılı olan şəkər xəstələrinə ehtiyatla tətbiq edilməlidir.

Müəllif: Məmmədxanova Fərəh
Tərcümə: Xumar Ərşadlı

2 Comments

  • Gunel
    Posted 20 Yanvar 2016 1:21 0Likes

    Salam, guldefne bitkisin hardan tapmaq olar? Hec bir optek ve ya magazada rast gelmemisem.

    • elvin
      Posted 28 Mart 2017 23:50 0Likes

      Mecidlerden cume gunlerinde tebabet mallari satanlarda olur

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.