1563

“American Journal of Hypertansion” tibbi dərgisinində dərc  olunan bir araşdırmaya əsasən, daha çox uşaq əmizdirən və daha uzun əmizdirmə müddəti həyata keçirən qadınların menopauza (klimaks) sonrası dövrdə qan təzyiqindən əziyyət çəkmək ehtimalı azalır.

Yüksək qan təzyiqi xəstəlik və ölüm üçün ən böyük risk faktorlarından biridir. Epidemioloji qaynaqlardan əldə olunan mənbələrə görə, əmizdirmək ananın və körpənin sağlamlığı üçün əvəzolunmaz vasitədir.

Uzun müddət əmizdirməklə -uşaq allergiyası, çölyak (seliakiya) xəstəliyi, piylənmə və şəkər xəstəliyi riskinin azaldığı sübut olunmuşdur. Bəllidir ki, əmizdirmənin, ananın sağlamlığına göstərdiyi təsiri, uşağa göstərdiyi təsiri ilə müqayisədə çox az araşdırılmışdır.

Bir sıra müşahidələr ilə təsdiq edilmişdir ki, əmizdirməyi erkən kəsmək, şəkər xəstəliyi, dislipidemiya, metobolik sindrom, xroniki ürək xəstəliyi və kardiovaskulyar xəstəlik riskini artırır. Buna baxmayaraq, əmizdirmə və qan təzyiqi arasında açıq şəkildə bir əlaqənin olması barədə çox az təcrübələr aparılmışdır.

Bu təcrübə, 2010-2011- ci illərdə, Koreya Beynəlxalq Sağlamlıq və Qidalanma Müayinə Anketində 50 yaş və üzəri 3119 siqaret çəkməyən, menopauza müddətini keçirmiş qadınlar arasında tətbiq olunmuşdur.
Ana südü ilə əmizdirmə müddəti və əmizdirilən uşaq sayının artması, həmin qadınlarda hipertoniya riskini azaltmışdır. Eyni zamanda, piylənmə və insulin müqaviməti dərəcəsi, əmizdirmə-hipertoniya əlaqəsinə təsir etdi.
Əmizdirilən uşaqların sayı çox olan (5-11 uşaq) əmizdirən analar (96-324 ay), daha az əmizdirən (0-1 uşaq) analarla (56 ay və daha az) müqayisə olunduqda 51% daha az hipertoniya riski aşkarlandı. Ana südü ilə əmizdirən qadınalarda hipertoniya riski 45% daha az olmuşdur.

Baxmayaraq ki, xroniki xəstəliklər əmizdirməklə bir başa bağlı deyil, ancaq bu ikisinin arasındakı əlaqələrin əsasını təşkil edən bəzi ortaq mexanizmlər irəli sürülmüşdür.

Birincisi, ananın metabolizmi (məsələn, piyin toplanması, insulin müqaviməti) hamiləlikdən sonra əmizdirmə ilə “sıfırlana bilir” və bu da piylənmə ilə əlaqəli olan xəstəliklərin yaranma riskini azaldır. İkincisi, əmizdirməklə oksitosin hormonunun ifraz olunması, bu xəstəliklərə tutulma riskinin azalmasına səbəb ola bilər.

Məqalənin tədqiqatçısı Nam-Kyonq-Choi, nəticə olaraq, analara, onların daha sonrakı həyatlarında sağlamlıqları naminə əmizdirməni tövsiyə edir.

Hazırladı: Aynur Eyvazqızı

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.