1482
  • Əgər havanı zəif buraxan sukeçirməz bezlərdən istifadə edirsinizsə, hər əmizdirmədən sonra onları dəyişin. Əgər tez-tez əmizdirirsinizsə, o zaman bezləri ən azı hər 2 saatda bir dəyişin. Həmçinin xatırlatmaq istəyirəm ki, ana südü ilə əmizdirdikdən dərhal sonra büzqalter geyinməmək və döşlərin qurumasını və soyumasını gözləmək, vaxtın imkan verdiyi qədər hər əmizdirmədən sonra 5-10 dəqiqə hava vannası qəbul etmək daha əlverişli olar.
  • Bezləriniz çox tez dolmursa, bu o demək deyil ki, siz onları bütün günü dəyişdirməməlisiniz.

  • Yabanı ipək, bambuk, kənaf (çətənə), merinos yunundan hazırlanmış çoxdəfəlik bezlər həqiqətən antibakterial təsirə malikdir. Üstəlik, belə bezlərin sukeçirməz təbəqələri olmadıqda, onları daha gec intervalla dəyişdirmək olar. Lakin bir bezi 4 saatdan artıq istifadə etmək yenə də məsləhət deyil, dəyişdirmək üçün bir neçə bez dəstini öncədən alaraq hazır saxlayın. Hətta merinos yunundan bez istehsalçıları bu növ bezlərin tez-tez yuyulmağa ehtiyacın olmadığını iddia edirlər – sadəcə onları qurutmaq və təkrar istifadə etmək mümkündür. Lakin mən bu tövsiyəyə şübhə ilə yanaşıram.

  • Əgər döş giləsində çatlar varsa, antibakterial bezlərin istifadəsinə üstünlük verilir. Əgər birdəfəlik sukeçirməz bezlərdən istifadə edirsinizsə, gilələri hər zaman təmiz saxlamaq üçün onları daha tez-tez dəyişin, çünki mikroblar bezlərdəki istilik və rütubətdə daha tez inkişaf edir. Həmçinin sağaldıcı maddə hopdurulmuş birdəfəlik bezlər də mövcuddur. Onlar müxtəlif istehsalçılar tərəfindən istehsal olunur, onları Amazon və ya Ebayda axtara bilərsiniz. .

  • Döşün gilə və ya areola nahiyəsində kandidoz (həkim-dermatoloq tərəfindən diaqnozu qoyulmuş və müalicəsi təyin edilmiş Candida göbəliyi) varsa, bezlərdən istifadə ümumiyyətlə məqsədəuyğun deyil, büzqalterin parçası isə havanı yaxşı keçirən olmalıdır.

Müəllif: Nina Zayçenko

Tərcümə: Ülviyyə Mirzəyeva

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.