Bağla

Süddaş

Layihəmizin tərəfdaşı “Süddaş” ana südünü artıran məhsullar istehsal edən yeganə yerli brenddir. Süddaşın məqsədi əmizdirmə kimi çətin bir dövrü ana südünü artırmağa kömək edərək analara dəstək olmaqdır. 2019-cu ildə fəaliyyətə başlayan Süddaş analar tərəfindən fəal şəkildə istifadə olunur və rəğbət sahibidir. Ana südünü artıran bu məhsullar əmizdirmə məsləhətçisi və qida texnoloqu tərəfindən tərtib olunan reseptlərə müvafiq hazırlanır. Məhsullar tam gigiyenik şəraitdə, ixtisaslaşmış şirniyyat fabrikində istehsal olunur.

Süddaş məhsulları kimlər üçün faydalı olacaq?

  • Zahılar;
  • Növbəti həftələrdə süd böhranı ilə üzləşənlər;
  • İşə erkən çıxmaq məcburiyyətində olanlar;
  • İnkişaf sıçrayışı yaşayan körpə anaları;
  • Yalnız sağmaqla körpəsini ana südü ilə qidalandıranlar;
  • Əlavə qidaya keçərkən südün azalması ilə üzləşənlər;
  • Relaktasiya – müəyyən fasilədən sonra yenidən süd istehsal etmək istəyənlər;
  • Övladlığa uşaq götürüb öz südü ilə qidalandırmaq niyyətində olanlar.

Süddaş çeşidlərinin tərkibinə süd gətirən təbii vasitələr – müxtəlif ədviyyatlar, meyvə-tərəvəzlər və çərəzlər daxildir. Hazırda çeşidlər arasında maffin, qurabiyələr, krekerlər, loxmalar, çaylar, əzmələr mövcuddur. Süddaş məhsullarının üstünlüyü təravətliyində, xarici alternativlərindən iki və hətta dörd dəfə daha ucuz olmağındadır. Daha çox məlumat almaq üçün Instagram səhifəmizə keçid edə bilərsiniz.

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram