Bağla

Biz kimik?

Təşəbbüs

“KÖRPƏNİZƏ SİNƏDOLUSU SEVGİ VERİN-ƏMİZDİRİN!” məhz bu sözlər saytın əsas məqsəd və məramını əks etdirir. Sayt ailələri ana südü və onun faydaları haqqında maarifləndirmək istəyir. Ana südü haqqında məlumat axtaran analar üçün sayt irqindən, dini mənsubiyyətindən, milliyətindən asılı olmayaraq istənilən analara əmizdirmə prosesində dəstək göstərməyə hazırdır. 2011-ci ildən etibarən sayt (ilkin olaraq, www.vib.az qismində) fəaliyyət göstərir. İstənilən ananın ana südünə dair istənilən müraciətlərinə dərhal cavab vermək saytın məqsədlərindən birinə çevrilmişdir. Sayt Azərbaycanın bir çox regionlarında oxunur. Analara maarifləndirmək üçün faydalı bir platformadır.

Saytın sertifikatlaşdırılmış ana südü və əmizdirmə məsləhətçiləri:


Səltənət Zülfüqarova, Dr. Günay Əliyeva, Həcər Piriyeva, Şəlalə Məcidova.

Digər mütəxəssislər

Yerli mütəxəssislərin elmi-tibbi əsaslı tövsiyələrindən və ya müəllif məqalələrindən faydalanaraq, sayt olaraq təcrübəmizi genişləndirmişik. Zivər Eldarova (ginekoloq), Nərmin Babayeva (Hüquqşünas), Fərəh Məmmədxanova (Həkim terapevt, idman və bioloji təbabət mütəxəssisi), Sitarə Haqverdiyeva( pediatr), Samirə Məlikova (pediatr), Şəfiqə Yusifova (Həkim-dermatoveneroloq), Amaliya Rəhimova (diyetoloq), Aytən İsmayılzadə (pediatr), Vəfa Vəliyeva (mammoloq-cərrah), Rəna Niftəliyeva (mammoloq-onkoloq), Nigar Sədiyeva (inkişaf pediatrı), Elfanə Süleymanova (osteopat), Ulduz Hüseynova (fitoterapevt), Aydan Aslanova (ginekoloq) bizim üstünlük verdiyimiz mütəxəssislərdir.

Mənbələr

Saytda yerləşdirilən məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Statistika Komitəsi mənbələrinə söykənir. İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Dünya Səhiyyə Təşkilatı (World Health Organization), UNICEF məlumatları da əsas alınır. Bundan əlavə Amerika Pediatrlar Akademiyası (American Academy of Pediatrics), Əmizdirmə Tibbi Akademiyası (Academy of Breastfeeding Medicine) və Dünya Əmizidirmə Aliansı (The World Alliance for Breastfeeding Action) da bu siyahıda yer alır. Kral Mamaça Kolleci(Royal College of Midwives), La Leche League International Təşkilatı və Birləşmiş Krallıq Milli Səhiyyə Xidməti (National Health Service), Əmizdirən Analar Assosiasiyası (The Association of Breastfeeding Mothers) və s. kimi ciddi qurumlardan da ən qabaqcıl məlumatlar üçün qaynaqlanır.

Tərcümələr

Tərcüməçilər Ülviyyə Mirzəyeva, Fatma Əzimova, Jalə Ələkbərova, Xumar Ərşadlı, Samirə Məmmədova, Könül Əzimova, Sevinc Məmmədbəyli saytın məlumatlarla zənginləşməsində əməyi danılmazdır. Yarandığı ilk gündən etibarən sayt mütəxəssis rəyi və təcrübəsinə əsaslanmış məlumatların azərbaycan dilinə tərcüməsi ilə məşğuldur.

Dəstəyimizin coğrafiyası

Saytımız Azərbaycanı beynəlxalq laktasiya ictimaiyyətində təqdim etməkdə və dünyanın müxtəlif ölkəsindən olan analarla işləməkdədir. Fəaliyyət ərzində xəritədə göstərilən müxtəlif ölkələrin yerli analarından və azərbaycanlı icmasından dəfələrlə müraciətlər qəbul edilmişdir və əmizdirmədə dəstək olunmuşdur.

www.vib.az saytının www.anasüdü.az saytına təkamül tarixçəsi (şəkillərdə)

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram