Müəyyən mədəniyyətlərdə valideynlər və ailələr arasında “uşaq-göy qurşaq” anlayışı mövcuddur. Zahirən sadə əzizləmə kimi səslənsə də, əslində bu anlayışın daha dərin və kövrək mənası var.

Ailədə körpə bətndaxili və ya doğuş vaxtı dünyasını dəyişərsə, növbəti dünyaya gələn sağ və sağlam körpə “uşaq-göy qurşaq” adlandırılır. Körpələrinin itirən valideynlərin və ailənin mənəvi vəziyyəti, qüssə-qəmi qasırğa, tufan və fırtınaya bənzərdir. Lakin bütün çətinliklərdən sonra asanlıq olduğu kimi, təbiətin bu kimi şıltaqlıqlarından sonra rahatlıq və sülh rəmzi olaraq, göy qurşağı yaranır. Tələf olmuş körpədən sonra ailədə yeni sağlam körpənin doğulması eyni ilə təbiətdə baş verənlərə bənzəyir. İtki artıq üz verib və dəyişdirilə biləcək bir şey qalmamışdır. Lakin müəyyən müddətdən sonra dünyaya gələn “uşaq-göy qurşaq” valideynlərə səbrləri və kədərlə barışmaqları müqabilində yeni ümidlər bəxş edir. Öncəki körpənin itkisinin kədərli “qara buludları” hələdə valideynlərin üzərində olacaqdır, lakin bu buludlar arxasından boylanan göy qurşağı valideynlərə qarınlıqdan və qəmdən aydınlığa və xoşbəxtliyə çıxmağa bir səbəb olacaqdır.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.