Bu yazımız sözün bütün mənalarında ağrılı bir mövzuya toxunur.⠀
⠀
Əksər düşünür ki, gilələrdə ağrıya və yaralara səbəb döşlərin əmizdirməyə alışqanlı olmamasıdır. Guya əmizdirmə davam etdikcə gilələr kobudlaşacaq və ağrı hiss olunmayacaq. ⠀
Əslində isə elə deyil, sadəcə körpə ananın döşünə alışdıqca və döşlərdə doğuşsonrası şişkinlik yatdıqca daha dərindən götürməyə başlayır. Nəticədə ananın giləsi körpənin bərk damağına deyil, yumşaq olan hissəsinə dəyir və ağrı olmur.
Özünüz sınayın: dilinizi yuxarı damağınıza qoyun və dilinizi sürüşdürərək arxaya-dilçəyə doğru aparın. Hiss edirsiniz ki, öncə damaq bərk və nahamar sonra isə daha yumşaq və hamardır.
Körpə döşü əmərkən ananın giləsi məhz həmin yumşaq və hamar damağa dəyməlidir. Əks halda gilənin bərk damaqla təması ağrı və travma ilə nəticələnə bilər.
Üstəlik dolğun döşlər daha çox risk altındadır. Çünki, şişkinlik və dolğunluq körpədə döşü yalnız səthi götürməyə imkan verir. Unutmayaq ki, əmizdirən ananın döşü yumşaq və boşumtul olmalıdır-lap qulağın sırqalığı kimi.⠀
⠀
Ümumiyyətlə, əmizdirmə ağrılı proses deyil və ananın dişini-dişinə sıxıb, şiddətli ağrılar müşayiəti ilə əmizdirməyinə ehtiyac yoxdur. “Şiddətli ağrı” deyəndə bunu yaşamayanlar üçün bir cümlədə izahatı:⠀
⠀
“Sanki uşağın ağzında ülgüc var (mübaliğəsiz) və o əmdikcə ülgüc giləyə batır”…Səslənməyi hətta ağırlıdır.
⠀
Əgər əmizdirərkən gilələrdə ağrılar varsa təcili şəkildə:⠀
⠀
Əmizdirmə mövqeyinə və körpənin əmməyinə düzəlişlər etmək.⠀
⠀
Əmizdirmə məsləhətçisinə müraciət etmək.⠀
⠀ ⠀
Yalnız əmizdirmə sahmanlanandan sonra sağaldıcı tədbirlər görmək. Əks halda mənasızdır, sağalan giləni körpə səhv əmməklə yenidən yenidən və yenidən zədələyəcəkdir.⠀
⠀
Sağaldıcı tədbirlər: ⠀
⠀
Ana öz südünü yaralarına çəkə bilər.⠀Ana südünün xüsusən arxa südün tərkibi sağaldıcı maddələrlə zəngindir.
⠀
Hidrogel disklərini ( məsələn, eyni tərkibli ətirsiz və əlavələrsiz gözaltı hidrogel maskanı) gilələrin üstünə qoymaq olar. Hidrogel disklərinin yara ətrafında yaratdığı əlverişli mühit yaranın qısa zamanda sağalmasına səbəb olacaqdır. Şəkildə məhz gilələr üçün nəzərdə tutulmuş hidrogel gilə diskləri göstərilibdir. Süddaşdan əldə edin.
⠀
Gümüş gilə ucluqları tətbiq etmək. Bu gümüş gilə ucluqları tərkibində olan gümüşün sayəsində güclü sağaldıcı və antibakterial mühit yarada bilir. Həmçinin ananın zədələnmiş gilələrini paltarla təmasını məhdudlaşdırır. Bu cür sağaldıcı gümüş gilə ucluqlarının istehsalında ad-dan qazanan Silverette markasını tövsiyə edirik. “Süddaş” promokodu ilə onu endirimli əldə etmək mümkündür.
Dr. Jack Newmanın APNO məlhəmi istifadə etmək olar. Lakin bu əmizdirmə məsləhətçisi və həkim nəzarəti altında həyata keçirilməlidir.
Jelonet tətbiq etmək. Təəssüflər olsun ki, tibbin bu ixtirası hələki vətənimizə gəlib çıxamayıbdır. Lakin Süddaşdan əldə etmək olar. Jelonet parafinlə hopdurulmuş pambıq marlya parçadan hazırlanan yarasağaldıcı vasitədir. Sterildir, parafin səbəbilə ağrıkəsici effektə sahibdir və yaraya yapışmır. Jeloneti təkcə gilələrə deyil, istənilən səthi yaralara tətbiq etmək olar.
Lanolin haqda qısaca. İllər əvvəl anaların gilələri sağaltmaqda seçimi təəssüflər olsun ki, yalnız lanolin ətrafında cərəyan edirdi. Əslində lanolin özlüyündə kifayət qədər effektiv ola bilir. Çünki yara üzərində qoruyucu səth yaradır. Körpəni əmizdirməmişdən öncə onu yumağa ehtiyac yoxdur. Sadəcə ana və ya ailədə hər kimdə isə yuna allergik reaksiya varsa lanolin istifadəsi ilə çox ehtiyatlı olmalıdır. Sual yarana bilər: lanolinin yuna nə kimi aidiyyatı? Məsələ orasındadır ki, lanolinin istehsalında yun mumunun alkoqolundan istifadə edilir. Bu da yuna qarşı həssas olanlarda lanolin tərkibli vasitələrə də həssaslıq kimi özünü göstərə bilər.
Sizin də gilələrdə yaralar kimi təcrübəniz olubsa, bizimlə şərhlərdə bölüşün. Sizin halınızda hansı vasitələr gilə yaralarının sağaldılmasında səbəb olmuşdur?
Müəllif: Səltənət Zülfüqarova
1 Comment