Bağla

Əmizdirmə zamanı yoluxması və müalicəsi (siyahı)

Covid-19 dönəmində əmizdirən ana olmaq, analığın qayğılarına əlavə bir stress yüküdür.⠀
Əgər yoluxma şübhəsi və ya təsdiqi varsa nə etməli?⠀

⛔Panikaya uğramayın! Baxmayaraq ki, virusun özəlliklərindən biri də ona yoluxan insanda panik vəziyyət, həyəcan, ruh düşkünlüyü, nevroz yaratma qabiliyyətidir, özünüzü toplamağa çalışın.⠀

✅Dərhal həkimə müraciət edin! Bu siz və sizin ailənin adəti üzrə müalicəsi ilə məşğul olan ailə həkiminiz də ola bilər. ⠀

✅Əmizdirməni davam edin! Çünki, virusun ana südü ilə keçmə qabiliyyəti yoxdur. Lakin mütləq şəkildə körpə ilə təmasdan öncə geniş təşviq edilən gigiyena qaydalarına riayət edin-maska, təmiz əllər və s. Körpəyə sizin selikli qışanıza-göz, ağız, burnunuza toxunmağa icazə verməyin. Ümumiyyətlə üzünüzə toxunmasın.⠀

✅Dərmanların uyğunluğunu yoxlayın! Həkimə mütləq əmizdirən ana olduğunuzu bildirin. Əgər həkim sizə müalicə yazdıqda süddən kəsməyi tövsiyə edirsə, həkimdən sizə hamilələrə uyğun müalicə və preparatlar yazmağı xahiş edin.⠀

✴QIZIL QAYDA: hamilələrin istifadəsinə icazə olan bütün dərmanlar əmizdirən analara da uyğundur.✴⠀

Hamilələrin Coviddən müalicə üsulları var və onları müalicə zamanı heç kim aborta yollamır! Eyni yanaşma əmizdirən analara da şamil edilməlidir. Çünki, ana südünün pandemiya dövründə əhəmiyyəti körpə üçün mühümdür. ⠀

Əgər həkim əmizdirməni dayandırmağı israr edirsə, dərmanları beynəlxalq məlumat bazalarında yoxlayın. Bu mənbələr dərmanların əmizdirən anaya olan təsirini uzun illərdir ki, öyrənirlər. Hətta içliyində “əmizdirənlərə qətiyyən olmaz” dərmanların həmin mənbələrdə əmizdirənlər üçün tamamilə təhlükəsiz olduğunu tapa bilərsiniz. Bu cür təzadın səbəbi odur ki, dərman istehsal edən şirkətlər həmin dərmanın əmizdirənlərə olan təsirini öyrənmir və özünü sığortalamaq üçün belə bir yazını içliyə daxil edir. Dərmanların əmizdirməyə uyğunluq mənbələri:⠀
www.e-lactancia.org⠀
LactMed⠀
www.infantrisk.com⠀

Dərmanların uyğunluğunu yoxlamaqda çətinliyiniz olsa bizə Whatsappa yazın! 

Covid-19 ilə yoluxmuş bir sıra analardan müraciətlər aldıq son həftələrdə və məlum oldu ki, əksərinin müalicə həkimi müalicə müddətində əmizdirməni dayandırmağı tövsiyə etmişlər. ⠀

Halbuki, bir çoxuna təyin edilən dərmanların heç biri əmizdirməyə zidd deyildi. Digər bir qisminə isə əmizdirməyə uyğun olmayan elə preparatlar yazılmışdır, onların təhlükəsiz əvəzləyiciləri mövcuddur. ⠀

Koronavirus üzrə püxtələşən dəyərli terapevtimiz Dr. Fərəh Məmmədxanovanın korreksiyası ilə həmin analar əmizdirməni dayandırmadan müalicəni davam edə bildilər. ⠀

Həmçinin bundan öncəki yazılarımızda qeyd etdiyimiz beynəlxalq dərman məlumat bazaları ilə də sıx işlədik və analara tövsiyələrimizi verdik.⠀
Nəticədə koronavirus müalicəsində ən çox tövsiyə edilən dərmanların müəyyən qisminin əmizdirməyə uyğun siyahısını tərtib etdik:⠀

✅Ringer⠀

✅Vitamin C⠀

✅Deksametazon⠀

✅Sulfokamfokain⠀

✅Seftriakson (Цефтриаксон)⠀

✅Vitamin D3⠀

✅Azitromisin (Азитромици́н)⠀

✅Parasetamol⠀

✅Erqoferon⠀

✅Flunoli ⠀

✅Depovit⠀

✅İmmunitex⠀

✅Kardio maqnil⠀

✅Zn (sink)⠀

✅АЦЦ⠀

⛔Arbivir və ya ⛔Arbidol  olmaz lakin bunları ya anaferon, ya erqoferon, ya viferon ya da engistol ilə də əvəzləmək olar!⠀

Sonda isə ən geniş soruşulan suallara qısa cavablar:⠀

✴Qızdırmalı halda əmizdirmək olarmı?⠀
Bəli ⠀

✴Koronavirusa yoluxan əmizdirə bilərmi?⠀
Bəli⠀

✴Koronavirusa yoluxan təbii doğuş edə bilərmi?⠀
Bəli⠀

✴Koronavirusa yoluxanı körpədən ayırmaq gərəkdirmi?⠀
Xeyr⠀

Koronavirus zamanı hamilələrin əmizdirməyə hazırlığı

Covid-19 ilə yoluxmuş hamilə körpəsi dünyaya gəldikdə nə etməlidir?

İlk növbədə qeyd edim ki, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Covid-19 ilə yoluxmuş hamilə qadının dölyanı sularında, körpəyə qidalandırıcılar daşıyan göbək ciyəsi qanında aşkar olunmamışdır. Həmçinin qadınların doğuşdan sonra gələn südündə də adıçəkilən virus aşkarlanmamışdır. 

Virusa yoluxmuş ana eynilə yoluxmamış ana kimi doğuşdan sonra bədən-bədənə təmas edə, körpəni ilk saatda əmizdirə və onunla eyni otağı paylaşa bilər. Bunun üçün o sadəcə gigiyena tədbirlərinə riayət etməlidir. Düşünürəm bu tədbirləri artıq hər birimiz əzbər bilirik:

  • Körpə ilə təmasdan öncə əlləri sabunla yumalı,
  • Steril maska geyinməli,
  • Əlləri körpənin ağız-burun və gözlərinə vurmamalı,
  • Asqırar və öskürərkən ağzını salfetlə tutmalı,
  • Toxunduğu səthlər dizenfeksiya olunmalıdır.
  • Yeri gəlmişkən əllərinizi 25-30 saniyə ərzində hərtərəfli sabunlayarkən suyu bağlamağı unutmayın! 

Həmçinin məlumdur ki, Covid-19 qeysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş deyil. Yəni hamilə qadın hətta yoluxmuş olduğu halda təbii doğuş etmək iqtidarındadır. Nə olursa olsun, ana südünün ən güclü immunitet dəstəkləyicisi olduğunu unutmayaq. Dünyanın ən keyfiyyətli, ən bahalı və ultra yeniliklərlə dolu süni qidaları bir yerə toplaşsalar belə, birlikdə ana südünün təmin etdiyi immun dəstəyi və qidalandırıcıları təmin edə bilməzlər. Körpəni bol-bol əmizdirmək xüsusən pandemiya dövründə ən düzgün verilmiş qərardır. Artıq qeyd etdiyim kimi, körpə və ya ana səhhəti ilə əlaqədar bir başa döşdən əmizdirmək mümkün deyilsə, həmişə sağılmış süd alternativi mövcuddur. Südün sağılmasının yollarını videolardan izləyə və ya tibbi personaldan sizə öyrətməyi xahiş edə bilərsiniz.

Müəllif: Səltənət Zülfüqarova

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram