…Bilirubin…Bu səhnə ilə tanış olan bir çox ana üçün övladının həyati mühüm orqanlarının qəsdinə durmuş potensial cəllad kimi görünməyinə baxmayaraq, əslində o bədbəxt bir qəhrəmandır. Bəli, yanlış oxumadınız. Aparılan araşdırmalar təsdiqləmişdir ki, bilirubin zərərli şlak yox, yeni doğulmuş körpənin qanında bu və ya digər problemlər səbəbi ilə meydana çıxan sərbəst radikalları zərərsizləşdirmək üçün Uca Xaliq tərəfindən proqramlaşdırılmış xeyirli anti-oksidantdır. Belə ki, başda professor Snayder olmaqla Cons Hopkins Universitetinin əməkdaşlarının apardığı təcrübələr nəticəsində məlum olmuşdur ki, rezus-konflikt, hamiləlik və doğuşun tam şəkildə təbii aparılmaması (göbək ciyəsinin vaxtından əvvəl sıxılması, epidural anesteziyadan istifadə və s.) və digər səbəblər etibarilə qanda meydana çıxan sərbəst radikalların, beyin, ağ ciyər, böyrək və digər orqanlara zərər verməməsi üçün körpənin qaraciyəri normadan yüksək həddə bilirubin istehsal edir, hər bir bilirubin molekulu isə özlüynüdə 10 min hidrogen peroksid molekulunu zərərsizləşdirmək üçün fəaliyyətə başlayır. Başqa sözlə, İlahi hikmətlə orqanizm özünümüalicə rejiminə keçid alır.

ABŞ Pediatriya Akademiyası yenidoğulmuşlarda sarılığın müalicəsi yönündə edilən xətalara toxunaraq, bildirmişdir ki, bilirubinin suda həll olma nəzəriyyəsi özünü doğrultmur. Habelə ənənəvi üsulla körpəyə dekstrozanın (qlükoza məhlulunun) verilməsi nəinki bilirubinin həddinin aşağı salmadığını, əksinə nəcisin bərkiməsi nəticəsində toksinlərin orqanizmdən atılmasının gecikməsinə gətirib çıxardığını qeyd etmişdir. Məhz bu nöqtədə ana südü ilə əmizdirmək olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, hər çağırışa əsasən əmizdirməklə, bilirubinin zərərsizləşdirdiyi toksinlərin sidik və nəcislə orqanizmdən çıxması təmin edilir.

Əmizdirməklə bağlı yanlış təsəvvürlərdən biri də rezus-konflikt və nadir müşahidə olunan, digər xəstəliklərin fonunda inkişaf edən patoloji (hemolitik) sarılıq halında ana südündəki anticisimlərin uşağın qanına keçməsinə şərait yaratması haqdadır. Araşdırmalar isə bunun əksini göstərir: ana südündəki rezus anticisimləri mədə şirəsində məhv olur, eləcə də o, eritrosidlərin, qırmızı qan cisimlərinin dağılmasına nəinki təsir etmir, hətta yüksək sıxlıqla (tez-tez) əmizdirmək, sarılıq təzahürünün azalmasına gətirib çıxarır. Bu prossesdə xüsusən erkən əmizdirmə olduqca aktualdır: yetişmiş laktasiyadan əvvəl, doğuşun 1-3-cü günləri ərzində istehsal edilən qiymətli materialın – ağuz südü (bulamanın) qarınişlədici effekti yeni doğuımuşlarda mekoniyin (ilkin nəcis) və növbəti mərhələdə yetişmiş nəcisin çıxmasını sürətləndirir, bununla da sarılığın dəf edilməsi tezləşir.

Eləcə də unutmaq olmaz ki, sağlamlığın bərpasında psixoloji-emosional vəziyyətin xüsusi rola malik olması təkzibedilməzdir. Yeni doğulmuşlarda bu hal yalnız ana ilə birbaşa dəri təması ilə baş verdiyindən, əmizdirmənin körpə səhhəti üçün verdiyi effekti heç bir fototerapiya cihazınının təmin etməyəcəyi və günəş şüaları altında anasının qolları arasında gəzməyin qat-qat xeyirli olması yəqin ki, aydın olur. Fototerapiya cihazından söz düşmüşkən, onu da qeyd etmək lazımdır ki, yeni doğulmuşlarda bu müalicə üsulu iki primitiv müşahidənin nəticəsində meydana çıxmışdır:

1. Təsadüfən günəşin altında qalan qanın tərkibində bilirubininin bilvredinə (məməli heyvanlarda eyni funksiyanı yerinə yetirəndaha zəif maddə) qədər parçalanmasının aşkarlanması;
2. Tibb bacısı C. Uardın günəş şuası toxunan sarılıqlı körpələrin digərlərinə nisbətən dərilərinin daha tez ağarmasını təsadüfən müşahidə etməsi. Həmçinin Kolorado Universiteti əməkdaşı Dr.S. Neyermayer və Kaliforniya Universiteti əməkdaşı Dr. C. Bret fototerapiya lampalarının ən yaxşı halda heç bir xeyiri olmaması, pis halda isə dəri xərçənginə səbəb olacağı qənaətindədirlər.

Aydın olur ki, sarılıqlı körpələrin ana südü ilə əmizdirilməsinin dayandırılması ənənəsi özünü doğrultmamaqla yanaşı balacanın təbii şəkildə əmizdirilməsi müalicə prossesinə yalnız müsbət yöndə təsir edir.
Elə isə nuş olsun! : )

Müəllif: Həcər Abbasova

1 Comment

  • vusale nagiyeva
    Posted 31 Avqust 2016 15:28 0Likes

    Hecer xanim.derin tesekkur hissi ile yaziram .ilk iki ovladimda esassen de 2ci qizimda Sariligi o qeder sisirdirser ki..belke de menim sakit ve nisbeten vecsizliyim daha yaxsiymis..amma indi 3cu ovladima hamileyem.ve ardiq fiIoloji sariliga qarsi daha bilgili oldum.Allah sukur Ovladlarimi daim emizdirmiaem ve her zMan ana sudunun evezsiz olduguna tam inanmisam ve kesmemisem…bu meqale esl bilgidir.kas hekimlerde oxusa daim ozlerin inkisaf eletdirse…sayqilarla sizi kamandaya derin sevgiler ve ugurlar.

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.