Bağla

Əmizdirmə gigiyenası

İlk növbədə təmizliyin 3 səviyyəsinə nəzər yetirək! Çünki, yazı əsnasında biz gigiyena qaydaları çərçivəsində onların hər birinə toxuncaq və onlardan istifadəni tövsiyə edəcəyik!

1. Təmizlikvə ya təmizləmək dedikdə, adətən məişətdə və şəxsi gigiyenada xoşagəlməz qoxu vəçirkdən qurtulmaq nəzərdə tutulur. Sabun və digər yuyucu vasitələrləözümüzün və ətrafımızın gigiyenik təmizliyini asanlıqla təmin edə bilərik.

2.Dezinfeksiya. Adətən dezinfeksiya təmizlik aparılandan sonra həyata keçiriləbilər. Burada əsas məqsəd gigiyena qaydalarına uyğun bakteriyaların sayını təhlükəsiz səviyyəyə gətirməkdir. Axı biz bilirik, bakteriyalar hər yerdə var və onların təhlükəsiz səviyyədəbədənimiz və mühitimizdə olması bizim üçün vacib və faydalıdır. Dezinfeksiya əksərhallarda spirt və xlor tərkibli təmizləyicilərin istifadəsini nəzərdə tutur.

3. Sterilizasiya. Sterilizasiya dedikdə ətrafımızı və ya bizi əhatə edən əşyaları tamamilə bakteriyalardan təmizləmək nəzərdə tutulur. Yəni steril əşyanın üzərində bakteriyaların səviyyəsi sıfır olmalıdır. Sterilizasiya zamanı müxtəlif üsullar- yüksək temperatur, kimyəvi maddələr, yüksək təzyiq, buxar və sairdən istifadə edilir.

Məlumdur ki, əllərin təmizliyində dırnaqların əhəmiyyət çox böyükdür. Bu səbəbdən dırnaqlar qısa, səliqəli və örtüksüz olması gigiyena qaydaları baxımından məqsədəuyğundur. 

Peşəkartəcrübəmdən irəli gələrək hamilələr üçün bir xatırlatma etmək istəyərdim. Xəstəxanayahazırlaşarkən əmin olun ki, dırnaqlarınızı qısaltmış, lak örtüyündən azad etmişvə ümumən öncədən səliqəyə salmısınız. Çünki, təmiz əllər sizə artıq xəstəxanadadoğuşdan dərhal sonra körpənizlə dəri-dəriyə təmas etməkdə və əmizdirməkdəlazım olacaqdır. 

Əmizdirən ananın gigiyenası üçün növbəti addımlar atılmalıdır:

Birincisi. Ana körpəsini əmizdirməmişdən öncə əllərini 25-30 saniyə sabunlayaraq, yumalıdır. Biz ki, əllərimizi yumadan süfrə arxasına keçmirik, eləcə də körpə yalnız ananın təmiz əlləri ilə qidalandırmalıdır. Yeri gəlmişkən, gigiyena qaydalarına əməl etmək üçün əllərinizi sabunlayarkən suyu bağlamağı unutmayın.

İkincisi. Əmizdirən ana gündə bir neçə dəfə döşlərini və areolanı su ilə durulaya bilər. Bunun üçün sabun və digər bədən təmizlik vasitələrinin istifadəsinə ehtiyac yoxdur. Xatırladım ki, areola nahiyyəsində xüsusi piy vəzləri var ki, onların vəzifəsi giləni və onun ətrafını nəmləndirməkdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin vəzlərin ifraz etdiyi maddənin qoxusu körpələrin əmizdirilmək həvəsini artırır. Məhz buna görə də sadəcə su ilə yuyunmaq kifayətdir! 

Körpədənsöz düşmüşkən, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən doğulduqdansonra körpələrin çimizdirilməsi 24 saata qədər gecikdirilməlidir. Əgər körpədoğularkən üzərində qatı ağ-sarımtıl kremşəkilli örtük mövcuddursa, qətiyyənnarahat olmayın. Həmin örtük təbii qoruyucu vasitədir. Körpələri müxtəlif növinfeksiyalardan, üşüməkdən və daha nələr, nələrdən qorunmağa əsas yaradır. Körpədünyaya gələn kimi silinib-qurulanmalı və dərhal ana ilə dəri-dəriyə təmas etməlidir.Bunun üçün yuyunmaq və çimizdirilmək sonraya saxlanılsa daha səmərəlidir.Xatırladım ki, əmizdirmə üçün ən səmərəli vaxt da körpənin həyatının ilksaatıdır. Məhz buna görə də, körpə dünyaya gələndə qısa müddət ərzindəartıq ana südünün mənbəyi ilə tanış olmalıdır.

Covid-19 zamanı əmizdirmə gigiyenası necə olmalıdır?

Sualın cavabı: Çox sadə! Əgər virusa yoluxma halı mövcud deyilsə, artıq müzakirəetdiyimiz gigiyena qaydaları əmizdirmənin təmizliyi üçün kifayətdir. 

Lakinəgər ana Covid-19-a yoluxubsa, bu zaman əlavə tədbirlərin həyata keçirilməsi qənaətbəxşdir. İlknövbədə qeyd edim ki, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki,Covid-19 ilə yoluxmuş qadının ifraz etdiyi südündə adıçəkilən virusaşkarlanmamışdır. Hətta yoluxmuş anadan dünyaya gələn körpənin burun-boğaznahiyyəsində də Covid-19 xəstəliyi törədiciləri də tapılmamışdır. Virusa yoluxmuşana eynilə yoluxmamış ana kimi doğuşdan sonra bədən-bədənə təmas edə, körpəniilk saatda əmizdirə və onunla eyni otağı paylaşa bilər. 

Covid-19-a yoluxmuş ananın əmizdirmə gigiyenası nələri özündə birləşdirir?

  1. Ana körpə ilə təmasdan öncə əllərini ümumi qaydada sabunla hərtərəfli yuyur. Əlavə olaraq, əllərini yuduqdan sonra spirt tərkibli vasitələrlə dezinfeksiya da edə bilər.
  2. Ana körpəsi ilə təmas zamanı və onu əmizdirərkən steril maska geyinir,
  3. Ana əllərini körpənin ağız-burun və gözlərinə vurmur,
  4. Ana asqırar və öskürərkən ağzını salfetlə tutur,
  5. Ananın toxunduğu səthlər dizenfeksiya olunur.

Doğuşdandərhal sonra körpə və ya ana səhhəti ilə əlaqədar bir başa döşdən əmizdirməkmümkün deyilsə- məsələn, əgər ananın körpəsini əmizdirməyə kifayət qədər halıyoxdursa və ya körpənin səhhəti döşə qoyulmasına imkan vermirsə bu hallarda nəetməli? Əlbəttə ki, ana südünü sağmağa başlamalıdır. Ana südünü təmiz əllər vəya steril südsağan vasitəsilə körpəsi üçün əldə edə bilər. Gigiyena qaydaları həm ana, həm körpə üçün hər zaman vacibdir. Bunun üçün sağma texnikasıhaqqında videoları izləmək və tibbi personaldan sağmanı düzgün həyata keçirilməsininyollarını öyrənmək mümkündür. 

Anasüdsağandan istifadə etməyə qərar verirsə, ciddi gigiyenik qaydalara riayət etməyimütləqdir: Bu o deməkdir ki, südsağana toxunmamışdan öncə əllər sabunla yuyulmalı,südsağanın hər istifadəsindən sonra o düzgün sterilizasiya edilməlidir.  

Mütləqşəkildə qeyd etməliyəm ki, istər yoluxmuş istərsə də yoluxmamış ananın sağılmışsüdü körpəyə kiçik stəkan və ya qaşıqla verilməlidir. Soruşa bilərsiniz “Nədənəmzikli şüşədən verilməməlidir?” Cavab çox sadədədir:

Əmziklişüşədən qidalanmaq körpənin döşü əmməkdən imtina etməsinə əsas yaradabilir. 

Bundanbaşqa əmzikli şüşə və döşdən qidalanma tamamilə fərqli formada həyata keçirilir.Məhz buna görə də körpələr gilə çaşqınlığı yaşa bilərlər. Əgər körpə döşü əmziklişüşə kimi əmərsə anada gilə yaraları, doğunluq, döşdə infeksiya qaçılmaz olabilər. Bu səbəbdən istənilən ana xəstəxana tibbi personalına körpəni əmzikistifadə etmədən qidalandırmaq istəyini xatırlatmalıdır.

Yerigəlmişkən, əmzikdən istifadə ananın südünün kifayət miqdarda istehsal vəifrazına ciddi manelər törədə bilir. Unutmayaq ki, körpənin bütün əmmə gücü vəhəvəsi döşdə baş verməli və ananın döşü tərəfindən ödənilməlidir. Bundan əlavəəmzikli şüşə və əmziklər də sterilizasiya tələb edir ki, müxtəlif infeksiya mənbəyinəçevrilməsinlər. Eyni zamanda, bu vasitələrin istifadəsi zamanı gigiyena qaydaları gözlənilməlidir.  

Saydığımız gigiyena tədbirləri, yəni gigiyena qaydalarına əməl etməklə körpələr, analar, ailələr və ümumiyyətlə cəmiyyətin pandemiya dövründə yoluxmasının ciddi şəkildə qarşısını almağa səbəblərdir.

Müəllif: Səltənət Zülfüqarova

1 Şərhlər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram