Anasüdü.az saytı dəfələrlə əmizdirən analara südlərini artırmağın üsul və yolları haqda məlumat yerləşdiribdir. Lakin əmizdirən analarda südün miqdarını artıran bitki və otlar olduğu kimi, süd ehtiyatını azalda bilən digər bitkilər də mövcuddur. Analarda südün azalmasına səbəb olan geniş çeşidli bitki və otların siyahısı ilə aşağıda tanış ola bilərsiniz.
⠀
Əmizdirən analarda südün qidmən və ya hiss olunacaq dərəcədə südün istehsalının azalmasına səbəb olan və ən çox rast gəlinənlər:
- yarpız
- nanə
- cəfəri
- cincilim
- boymadərən
- adaçayı
- ətirşah
- melissa
- oreqano
- turşəng və s.⠀
Ümumi qayda olaraq, əmizdirən analar az miqdarda yəni kulinariya miqdarında və ara-sıra onlardan istifadəsində bir ziyan olmaz. Sadəcə bu bitki və otlardan istifadədə miqdar, kəmiyyət və tezliyə nəzarət etmək tövsiyə olunur.
Südazaldıcı təsirlilər siyahısına göründüyü kimi kifayət qədər faydalı təbii vasitələr daxildir. Hətta analar uşağı süddənkəsmə dövründə sadalanan bitki və otların südazaldıcı xassələrindən öz faydalarına da istifadə edə bilərlər.
Xüsusən körpəni süddənkəsmə mərhələsində və ya südü hər hansı səbəblərdən kəskin azaltmaq lazım gələrsə, hormonal preparatlar əvəzinə adıçəkilən bitkilərə üz tutmaq olar. Məsələn: Adaçayı, yarpız, nanə, melissa, oreqano sıxılmasından alınan cövhərlərin hərəsini (məsələn zeytun, badam, kokos və s.) yağlarla qarışdıraraq, südün azalması üçün massaj yağları hazırlamaq olar. ⠀
⠀
Yarpız efir yağı, ənənəvi olaraq süd ehtiyatının azaldılması üçün istifadə olunub. Yarpızlı çay yalnız böyük miqdarlarda içildikdə, süd ehtiyatını azalda bilər. Bəzi qadınlar, süd ehtiyatını azaltmaq üçün güclü nanə və yarpız konfetlərindən uğurla istifadə edirlər.
⠀Müəllif: Səltənət Zülfüqarova