Emal olunmuş qida həyatımızın və ən əsası isə uşaqlarımızın rasionunda elə bir yer almaqdadır ki, onsuz əksər valideynlər məişətlərini təsəvvür edə bilmirlər. Uşaqların ağız dadını oxşamaqla onların səhhətlərinə dəyən zərərlər barədə düşünüb maariflənmək onları bir sıra ciddi xəstəliklərdən və qüsurlu gələcəkdən qorumağa əsas ola bilər.
Surrey Universitetinin araşdırmalarına əsasən diqqət defisiti və hiperaktivlik pozğunluğu (ADHD) diaqnozu qoyulan uşaqların probleminin əsas səbəbi qidalanma vərdişləri ilə əlaqədar olduğu bildirilir. Belə ki, nəzərdən keçirilən uşaqların sağlamlığındakı problemə 89% süni qida rəngləri, 71% süni dadlandırıcılar, 71%-i kimyəvi qida qoruyucuları, 59%-i süni dad gücləndiricisi səbəbdir. Araşdırmaya cəlb olunan uşaqların hamısı adları çəkilən bütün maddələrdən azad pəhriz saxlamaqla sağlamlıqlarında xeyli irəliləyişlər əldə etmiş və sağalmışlar.
Başqa bir araşdırmaların nəticələrinə əsasən süni qida rəngləri uşaqlarda aşağıdakı ciddi xəstəliklərə əsas yaradır:
- Hiperaktivlik
- Xərçəng
- Allergiya
- Piylənmə
- Asma
- Diabet
- Xromosom səviyyədə zədələnmə
- Hipoqlikemiya
- Orqanların zədələnməsi
- Anadan gəlmə qüsurlar
Ən təhlükəli olan qırmızı və sarı süni qida rəngləri istehsalatda istifadə olunan rənglərin 90%-ini təşkil edir.
Bütün bunlardan əlavə olaraq süni rənglər həmçinin məişətdə istifadə olunan məhsulların və dərmanların (vitaminlər, öskürəyə qarşı siroplar, diş məcunları, şampun, yuyucu tozlar və əl kremlərinin) tərkibində də mövcuddur.
Müəllif: Zülfüqarova Səltənət
2 Comments
Ilahe
Cox maraqli melumatlari tercume edirsiniz,teqdire layiqsiniz.Cox shey oyrenirik.
vib.az
Bizim məqsədimiz maarifləndirməkdir. Əgər məqsədimizə yetişə biliriksə, çox şadıq. Xoş sözləriniz üçün təşəkkür edirik. :)