Leykoz — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında “ağ qan qırmızı qanı yeyir” ifadəsi ilə məşhurdur.
Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar.
Qərbi Avstraliyada aparılan “Uşaqlarda ömürlərinin ilk 2 ilində kəskin limfoblast leykozun və beyində yenitörəmələrin riskinin ana südü qəbulu və qidası ilə əlaqəsi” ümumilli tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ana südü, körpələrdə ağır limfoblastik leykoz kimi xəstəliyin və beyində yenitörəmələrin inkişaf riskinin azaldılmasına müsbət təsir göstərir.
Əmizdirmə və ana südünün qoruyucu xassələri körpələrin inkişaf etməkdə olan immun sisteminə yüksək səviyyədə müsbət təsir göstərir. Süni qida qəbul edən körpələr, əmizdirmədən və dolayısı ilə ana südünün qoruyucu xassələrindən məhrum olduqları səbəbindən, daha çox leykoz xəstəliyinə tutulma riskinə malikdirlər.
Qərbi Avstraliyada aparılan, xərçəng xəstəliyinin epidemiologiyasının tədqiqatı üzrə təcrübə qrupunun rəhbəri professor Elizabet Miln qeyd edir ki, sağlam olan və onkoloji xəstəliyə tutulmuş körpələrin anaları arasında ümumi sorğu apararaq əmizdirib-əmizdirmədikləri, süni qida verib-vermədikləri, əlavə qidaya keçmə vaxtları barədə məlumatlar almışdıq. Bunu sorğu qeyd olunan hər iki qrup arasındakı statistik fərqləri müəyyən etmək məqsədi ilə aparılmışdıq. Həmçinin araşdırma əsnasında analar anket dolduraraq uşaqların ilk 2 ilində qidası barədə suallara cavab yazmışdırlar. 0-14 yaşları arasında 600-dən çox uşaqların onkoloji xəstəlik halları araşdırılmışdır.
Tədqiqatçılar leykoz hüceyrələrini mikroskop altında izləyərək, xəstə körpələrdəki hər hansı genetik geriləmələrin olub-olmadığını və mövcud leykoz tipini təyin etmək məqsədilə onlar üzərində müxtəlif genetik testlər aparmışlar. Professor Milnin sözlərinə görə, bu xəstəliyə tutulanların müxtəlif yarımqruplarının təyin olunması tədqiqatçılara müxtəlif risk faktorlarını təyin etməyə və əmizdirmənin hansı səviyyədə təsir etdiyini aydınlaşdırmağa kömək etmişdir.
Təcrübənin yekun nəticəsi olaraq, ana südünün qoruyucu xassələri ilə ağır limfoblastik leykoz xəstəliyi arasındakı qarşılıqlı əlaqənin mövcudluğu dəqiqləşdirilmiş, lakin əmizdirmə ilə ağır beyin xərçəngi arasındakı əlaqə müəyyən edilə bilməmişdir.
Tərcüməçi: Xəyalə Yusifsəfər
Mənbə: http://new-degree.ru