Ac…
Ağlayan…
Səbri tükənmiş körpə…
Bütün bunların fonunda sağılmış südünü tələsik isitməkdə olan, əli ayağına dolaşan ana/ata/nənə/baba/dayə/xala/bibi və s. Tələsikdə südü isitməyə çalışan zaman həddən canfəşanlıq nəticəsində hələ onu yenidən yeyilməli temperatura qədər soyumağını gözləyən ailə…

Bu sətirləri oxumaq artıq qanımızda adrenalini qaldırır.

Əslində isə bu vəziyyəti asanlaşdıran bir məqam var:

✅KÖRPƏYƏ SOYUQ SÜD VERMƏK OLAR!✅

Nə qədər soyuq soruşmaq istəsəniz, içindəki yağlar bərkimədiyi soyuqluqda.

Otaq temperaturunda olan süd ümumiyyətlə soyuq anlamına daxil deyil və verilməsində problem yoxdur.

İsti havalarda isə soyuducuda saxlanılan südü də vermək olar.

Soyuq süd hansı hallarda tövsiyə edilmir:

⚠️Körpə xəstədirsə və ya xəstəlik əlamətləri göstərirsə.

⚠️Körpə gecə yuxusuna getmək üzrədirsə.

⚠️Körpə soyuq süddən imtina edirsə. Bunun üçün körpəni soyuq südə öyrəşdirmək üçün südün temperaturunu mütəmadi olaraq azaldaraq vermək olar.

Südün içməli halının əlçatan olması sağılmış südlə körpəsini bəsləyən anaların və ailələrin həyatına cüzi də olsa rahatlıq verər deyə bu məlumatı paylaşdıq.

🤱🏻Südü sağmaq çox üzücü və əzm tələb edən fəaliyyətdir!

❣Sağan analar siz qəhrəmanlarsınız! Döşdən bir başa əmizdirə bilməsəniz də, körpəniz üçün əlinizdən gələn qədər möhtəşəm fayda verirsiniz! Sükanı belə saxlayın❣

💙Sizin ana südü və əmizdirmə məsləhətçiniz Səltənət & anasüdü.az komandanız! 💙

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.