Bağla

Əmizdirən ananın orucu

         Bismilləhir Rahmənir Rahim, Əlhəmdulilləhi Rabbil Aləmin, Rəbbimizə şükürlər olsun. Uca Allahın Salamı, Salavatı, Peyğəmbərimiz ﷺ, onun Əhli beyti və əshabələrinin üzərinə olsun.

        

Süd verən ana orucu nəyə görə tutmur və bunun dəlili nədir?

Süd verən  ananın oruc tutmaq məsələsini alimlər üç qismə bölür. Birinci, ana öz nəfsinə görə qorxu hiss edir ki, o, zəif düşəcək. İkinci, öz nəfsinə və övladına görə onda olan bir qorxu var. Narahatdır ki, oruc tutsa, süddən kəsiləcək. Üçüncü hal ancaq öz övladına görə olan qorxudur. Narahatlıq var, yəni qadının səhhəti yerindədir, amma süd verib oruc tutsa, süd azalacaq və övladı süddən kəsiləcək. Bu üç halda da icazə verilir ki, orucu tutmasın və əvəzini, qəzasını başqa vaxt, Ramazan ayından sonra tutsun. Çünki, qadının bu halını alimlər xəstə adamın halına bənzədirlər. Xəstə insan oruc tutmayanda və yaxud müsafir səfər səbəbi ilə oruc tutmayanda onun əvəzini digər günlər tutacaq. “Əl-Bəqərə” surəsinin 185-ci ayəsində deyilir ki, süd verən orucunu tutmur. Sonra qəzasını tutacaq. Buda dinimizdə buyurulan bir rahatlıqdır.

Belə bir məsələ də var ki, ana övladına süd verir və bərabərində digər qidalarda verir, bu halda ana oruc tutmalıdırmı?

Yenə eyni hala qayıdırıq. Ola bilər ki, ana süd verir, onunla bərabər başqa qida da verir. Yenə də ana oruc tutsa süddən kəsilmə ehtimalı var. Və yaxud da öz nəfsinə zərər ehtimalı var, yəni taqətsiz olur. Övladına süd verə bilməyəcək, eyni səbəb, eyni problem varsa qadın orucunu tutmur. Ramazandan sonra qəzasını tutacaq, çünki hələ də onda eyni qorxu var. Eyni səbəb mövcuddur. Bu hökm də əvvəlki hökmlə eynidir.

Hamiləlik dövrü və sonra 2 il övladına süd verdiyinə görə üzərində qalan 90 gün Ramazan orucuna görə qadın nə etməlidir?

Qadın bu məsələlər aradan qalxandan sonra orucun qəzasını tutmalıdır. Çünki dinimizdə belə bir qayda var ki, orucunu üzürlü səbəbə görə açsa da onun qəzası var. Həmçinin Ramazan ayında insan xəstələnir və yaxud səfərdə olub oruc tutmursa orucunu sonra tutması vacibdir. Süd verən ana ilə hamilə qadının hökmü eynidir. Buna görə də sonrakı illərdə bunun qəzasını mütləq tutmalıdır.

Belə bir məsələdə vardır ki, ana Ramazan ayı gələndə övladına süd əvəzinə süni qidalar versin, orucunu tutsun.

Həqiqətən də bu yanlışdır. Çünki süd övladın haqqıdır. Bu haqqı Allahu-Təala Qurani-Kərimdə buyurub, şəriətimiz buyurub. Ona görə də bu haqq heç bir halda qalxmır. Dinimizdə rahatlıq varsa ki, süd verən qadın orucunu tutmur və qəzasını Ramazandan sonra tutacaq, onda Rəbbimiz belə rahatlıq verəndən sonra niyə insan özünə əziyyət versin ki.

Əgər qadın belə edirsə, burda zülm var övladına qarşı, çünki ana südünün əvəzini heç nə ödəyə bilməz. Ana südünün faydasını hamı bilir, tibb elmi bunu sübut edib. Körpəni ana südündən kəsmək, bilə-bilə verməmək onun haqqına girmək deməkdi, doğru deyil. Hətta alimlər belə buyururlar ki, əgər bir qadın boşanmayıb, əri ilə bərabər yaşayırsa və övladına süd verə bilirsə bunu etmirsə qadın buna görə günah daşıyır.

Xüsusi ilə bir hədisi qeyd etmək istəyirəm ki, bu səbəbsiz yerə süd verməyənlərə aiddir. Məsələnin nə qədər ciddi olmağını bilmək üçün deyək ki, bəziləri olur gözəlliyə görə süd vermirlər. Peyğəmbər ﷺ buyurur ki, bir qrup qadınlar gördüm ki, ilanlar onların sinələrini gəmirirlər. Dedim ki, ey Cəbrayıl kimdir bunlar? Dedi ki, bunlar övladlarına süd verməkdən imtina edən qadınlardır, yəni səbəbsiz yerə övladlarına süd vermirlər. Həqiqətən də bu hədis nəyə dəlildir? Övladılarını səbəb olmadan süddən kəsmək olmaz. Çünki burda övladına zərər var.

Qadın hansı halda süd verməyə bilər?

Qadına zərər varsa, problem varsa, amma bunun xaricində süd verməməsi doğru deyil. Bu hədis, bu məsələnin həlli üçün özü kifayətdir. Oruc tutmaq üçün övladına süd verməyi kəsən qadınlar doğru etmirlər. Dinimiz çox gözəl, rahat icazə verib, süd övladının haqqıdır. Buna görə onu bu haqdan məhrum etmək olmaz. Dinimiz icazə verir ki, Ramazan ayında süd verən qadın qəzasını sonradan tutsun.

Çünki övladına əziyyət verər, sağlamlığına zərər verər və bu hədisdə bunun üçün çox gözəl açıqlamadır. Bu hədis səbəbsiz yerə övladlarını süddən məhrum edən qadınlara aiddir və bu məsələ həqiqətən də ciddidir. Övladınıza başqa yemək verin, oruc tutun kimi fətvalara qadınlar inanmasın, bu fətvalar yanlışdır. Əgər dinimiz icazə veribsə niyə özünüzə əziyyət verirsiniz və övladınızın haqqını tapdalıyırsınız? Bu əlbəttə ki, doğru deyil.

Övladına süd verən, əmizdirən qadın buna görə savab qazanır. Çünki o Rəbbimizin buyurduğunu yerinə yetirir. Əl-Bəqərə surəsi 233-cü ayədə bu barədə deyilir, analar övladlarına süd versin, bu övladın haqqıdır, ana buna görə savab qazanır. Düşünün, ana övladına süd verir, o övladın sağlam böyüməsi ana üçün həm üzərinə düşən haqdır, həm savabdır. O övladın gələcəkdə gözəl övlad olması və sairə, hər bir halda ana əlbəttə ki, buna görə savab qazanır çünki Rəbbimizin buyurduğunu yerinə yetirir.

Əmizdirən analara əmizdirmədə dəstək göstərən ailə üzvləri və mütəxəssislər buna görə savab qazanırlarmı?

Şəkk yoxdur ki, bir ananın övladına süd verməsi üçün tövsiyələr edənlər, istər valideynlər olsun istər həkim olsun. Bu sahədə gözəl tövsiyələr edən, yəni ananın bu işi yerinə yetirməsində dəstək olanlar, nəsihət edənlər əlbəttə ki, savab qazanırlar çünki Rəbbimiz Qurani-Kərimdə buyurur ”Yaxşılıq və təqvada yaxşı əməllərdə yardımlaşın, günah və düşmənçilikdə isə yardımlaşmayın, Allahdan qorxun, həqiqətən Allahın cəzası şiddətlidir”

Yəni bu xeyir işdə bu məsələdə tövsiyyə edən əlbəttə ki, yaxşı əməldə yardımlaşma kimi sayılır çünki övladın haqqının yerinə yetirilməsində anaya mənəvi dəstəkdir. Bununla ana Rəbbimizin buyurduğunu yerinə yetirir, övladın sağlamlığı üçün dəstək olur. Buna görə əlbəttə ki, bu işdə tövsiyyə edənlər, dəstək olanlar savab qazanırlar.

Peyğəmbərimiz ﷺ buyurur ki, xeyir işə yönəldən xeyir işi etmiş kimi savab qazanır. Yəni hər bir xeyir işdə, hər bir yaxşı işdə kimsə mənəvi cəhətdən dəstək olarsa tövsiyə edərsə o savab qazanır. İstər valideynlər olsun, istər ata olsun, istər digər ailə fərdləri olsun, istər bu sahədə mütəxəssis olsun, bu gözəl işi yerinə yetirməkdə mənəvi dəstək olurlarsa əlbəttə ki, savab qazanırlar.

Müəllif: Yaşar Qurbanov

İlahiyyatçı,

islamevi.az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram