Ana südünün bir sıra sağaldıcı effektləri bir sıra alimlər tərəfindən araşdırılmış və təsdiqini tapmışdır. Ana südünün təsiri ilə sağalmaya səbəb tərkibinin canlı və müxtəlif faydalı maddələrlə zəngin olmasından irəli gəlir. Ana südü körpənin qulluq vasitələri kimi də istifadə oluna bilir, lakin heç bir halda müalicəni əvəz etməməlidir:
Bəlkə də el arasında ən çox yayılan “ana südünün qulağa damızdırılmaq” məsləhətini yuxarıdakı siyahıda tapmadığınıza təəccüb etdiniz. ⠀
⠀
Qulağa südün damızdırılmasının faydası varm?
Dünyada həmçinin belə bir təcrübə məlumdur, lakin bunun arxasında təəssüf ki, elmi sübut yoxdur. Həmçinin körpələrdə qulaq ağrısı əsasən orta qulaqda mövcud olur ki, bu da qulaq pərdəsinin arxasında baş verir. Yəni əgər ana südü körpənin qulağına damızdırılarsa belə, həmin süd həmin ağrını yaradan bakteriya və infeksiyaya gedib çatmayacaqdır. Bu səbəbdən qulağa süd damızdırmaq mənasızdır. Lakin analar nəzərdə saxlamalıdırlar ki, əmizdirmə özü-özlüyündə qulaq ağrısının profilaktikasıdır. Körpənin əmmə fəaliyyəti isə ağrını azaltmağa səbəb ola bilər. ⠀
Səthi olaraq ana südündən istifadə yararlıdır, amma qulağa damızdırmaq tövsiyə edilmir. Bunun üçün həkimə müraciət edilməli və müvafiq tədbirlər görülməlidir.⠀
⠀
Sadalananlardan hansıların təsirini görmüsünüz?
Müəllif: Səltənət Zülfüqarova
⠀