Döşlər hamiləlikdə necə dəyişir?
Maraqlıdır ki, hamiləliyin ilkin əlamətlərindən biri döşlərdə özünü göstərməyə başlayır. Süd vəzlərində həssaslıq hamiləliyin 4-6 həftəsindən hiss olunur və 12 həftənin tamamına kimi davam edə bilir. Səbəb isə hamiləlikdə hormonların səviyyəsinin artmasıdır. Yüksək hormonal fon süd vəzlərinə qan axınını gücləndirir, şişkinlik, ağrı, sancı və ifrat həssaslıqla müşayiət olunur. Bəzi hamilə olmayan qadınlar eyni hissləri hər ay menstruasiyadan öncə keçirə bilirlər. Hamiləlik dövründə döşlər tez-tez dəyişir və bu dəyişikliklərin izlənməsi döşlər sağlamlığı üçün vacibdir.
Babycenter məlumat mənbəyi hamiləlikdə baş verən yeddi mühüm döşlərdə dəyişikliklər barədə məlumat verir: döşlər bu dövrdə qadının həyatının bir parçası olaraq xüsusi diqqətə ehtiyac duya bilər.
- Döşlərdə sancı hissi. Hormonların səviyyəsinin artması ilə əlaqədar olub ilk 3 ayda baş verir. Döşlərdə sancı və narahatlıqlar hamiləlik zamanı tez-tez rast gəlinir, çünki döşlər bu mərhələdə fərqli reaksiyalar göstərə bilər.
- Döşlərdə qaşıma hissi. Bu döşlərin böyüməsi ilə əlaqədardır. Beləki, dəri dartılır və nəticədə qaşınma hissi yaranır. Bu ərəfədə döşlərdə dərinin çatlamasını da izləmək olur. Döşlərdə qaşıma və gərginlik estrogenin təsiri ilə güclənir, məhz döşlər bəzən xüsusi qulluq tələb edə bilər.
- Döşlərin böyüməsi. Hamiləliyin 6-8 həftələrində döşlərin iriləşməyi nəzərə çarpır. Qeyd edək ki, döşlərin böyüməsi bütün hamiləlik boyunca davam edir. İlk hamiləlikdə döşlərin 1 və ya 2 büstqalter ölçüsündə böyüməsi normaldır. Döşlərin böyüməsi qadınlarda bəzi hallarda ağrı və həssaslıq da yarada bilər. Bu mövzuda ətraflı “Büstqalter və əmizdirmə” adlı məqaləmizi oxumağı tövsiyə edirik, çünki döşlər bu dövrdə ön plana çıxır və ağırlıq hiss oluna bilər.
- Damarlar və piqmentasiyada dəyişikliklər. İlk aylardan sonra döşlərin dərisinin altından aydın şəkildə damarlaq sezilməyə başlayır. Həmçinin gilənin ətrafı-areolanın ölçüsü böyüyür və rəgi tündləşir. Əlavə olaraq döşlərdə piqmentin tündləşməsi hamilə qadınlarda görünə bilər, bu döşlər üçün vacib bir göstəricidir.
- Areolada qabarcıqlar. Hamiləlikdə gilənin ətrafında kiçik ölçülü qabarmalar görünməyə başlayır. Bu qabarcıqlar dəri altında olan piy vəzləridir ki, onların vəzifəsi gilə və gilənin ətrafını nəmləndirməkdir. Döşlərdə areolada dəyişikliklər əsasən hormonların təsirindən yaranır, beləliklə döşlər unikal görünüşə sahib ola bilər.
- Döşlərdən ifrazatlar. Hamiləliyin ikinci trimesterindən etibarən süd vəzləri artıq körpənin dünyaya gəlməyinə hazırlaşmağa başlayır. Bu dövrdə artıq ağuz südünün istehsalı baş verir. Hamiləliyin son həftələrinə yaxın isə döşlərdən həmin ağuz südü ifrazat və ya cüzi axıntı qismində xüsusən gecələr hiss oluna bilir. Bəzən hamilələrin gecə geyimlərində sarımtıl ləklər kimi özünü göstərir. Doğrudur, bəzi hamilələrdə bu axıntıları olmaya da bilər ki, bu da normal bir haldır. Ağuz südünün hamilə bədəni tərəfdən erkən ifrazı doğuşdan sonra südün olmaması, süd gələnə qədər süni qida verilməsi, südün gəlişini gözləmək kimi əfsanələri darmadağın edir. Unutmayın, döşlər bu prosesdə əsas rol oynayır və döşlər ümumi sağlamlıq göstəricisidir.
- Şiş, düyün və ya lomba. Bəzən hamilə qadınların döşlərində düyün nəzərə çarpmağa başlayır. Bu şişlər və lombalar adətən zərərsizdir. Hamilə qadınlarda təhlükəli şişlərin inkişafı çox nadir hallarda rast gəlinir. Amerikan Xərçəng Cəmiyyəti qeyd edir ki, süd vəzi xərçəngi hamilələrdə 3000 halda 1 müşahidə olunur. Buna baxmayaraq, əgər hamilə qadın yeni şiş, düyün və ya lombanı hiss etməyə başlayırsa, mütləq şəkildə həkimi ilə əlaqə saxlamağı tövsiyə olunur. Hamilələrin süd vəzi xərçənginə yoxlanılması üçün bir sıra təhlükəsiz yoxlama üsulları mövcuddur ki, döşlər bu məqamda diqqətlə izlənməlidir.
Hamiləlikdə süd vəzinin müayinəsi üsulları:
- Mammoqrafiya zamanı şüalanma cüzidir və dölə çatan şüalar kifayət qədər azdır. Bu test zamanı hamilə qadının qarnını xüsusi mühafizə örtüyü ilə bağlamaq mümkündür. Döşlər mammoqrafiya ilə təhlükəsiz şəkildə yoxlanıla bilər və döşlər üçün bu üsul hamiləlikdə uyğundur.
- Ultrasəs müayinəsi tamamilə şüasızdır və hamiləlikdə istifadəsi təhlükəsizdir. Döşlərdə istənilən dəyişiklikləri görməyə imkan verir. Ultrasəs müayinəsi döşlərdə olan dəyişiklikləri daha dəqiq qiymətləndirir və döşlər üçün önəmlidir.
- MRT müayinəsində şüalanma yoxdur və hamiləlikdə istifadəsi mümkündür. Lakin MRT zamanı kontrast maddənin hamilələrdə tətbiq edilməsində təhlükə mövcuddur. Bu səbəbdən hamilələrin kontrast maddəsiz müayinə edilməsi tövsiyə olunur. Bütün üsullar qadının döşlər sağlamlığının qorunmasına kömək edir.
Hazırladı: Səltənət Zülfüqarova
Foto: www.nikofarwest.com