Abunə olBizi izlə

Tag: körpə

Körpə və bağı olan papaqlar

Körpə dünyaya gələndən etibarən valideynləri onu ətrafdakı təhlükə mənbələrindən qorumaq vəzifəsi və məsuliyyətini daşımağa başlayırlar. Bunun üçün müxtəlif təşkilatlar, qurumlar və agentliklər valideynlərə yardım olacaq bir sıra təhlükəsizlik tədbirləri təlimatları verirlər. Körpənin yuxu, qida və nəqli təhlükəsizliyi ilə bərabər həmçinin, geyim təhlükəsizliyi standartları da mövcuddur.…

Ardını oxu

“Müştərək çimmə” əmizdirməyə yardım kimi

“Müştərək çimmə” (co-bathing) texnikası ana və körpənin cəlb edilməsi ilə həyata keçirilir. Dünyaya göz açmış körpədə bətndaxili mühit təəssüratı yaratmaq məqsədini daşıyan bir texnikadır. Buna həmçinin “yenidən doğuş” (rebirth) adı ilə də rast gəlmək olar. İllər boyunca  müxtəlif ölkələrdə tətbiq olunmasının səbəblərinə ana və ya…

Ardını oxu

“Tətilçi” südəmərlə nə etməli?

Tətil dedikdə, bütün insanların beyninə istirahət, asudə, xoş əhval, sakitlik və doyunca yuxu almaq kimi xoş məqamlar gəlir. Lakin körpəsi əmizdirmədə tətil elan edən anadan başqa. Tətilçi körpə dedikdə, xoşagələn istirahət deyil, işin kütləvi və mütəşəkkil surətdə dayandırılması anlayışı nəzərdə tutulur. Belə halda nəinki ananın rahatlığı…

Ardını oxu

Hamiləlikdə və doğuşdan sonra düzgün qidalanma haqqında kitab!

“İkimiz Üçün Yeməliyəm” kitabı hamilə və zahı qadınlar üçün qida haqqında yazılan çoxsaylı kitablardan biridir. Lakin bu kitabın xüsusiliyi onun üzərində çalışan müəllifindədir. Annabel Karmel Böyük Britaniyanın ən məşhur uşaqlar üçün resept kitablarının müəllifidir. Onun yazdığı resept kitabları ilə Krallıqda, eləcə də dünyada artıq ikinci…

Ardını oxu

Bu kitabı oxumağa dəyərmi?

Müasir pediatriya və mamaçalıqda ana südünün hörmətini bərpa edən dünyamiqyaslı bir sıra həkim-mütəxəssislər var. Ana və körpələrə anlayışla yanaşan həkim mütəxəssislərin səyləri nəticəsində daha çox ana-balaya uyğunlaşdırılmış səhiyyə praktikası tətbiq olunmaqdadır. anasüdü.az olaraq araşdırmalarımızda məhz həmin həkimlərə üstünlük vermiş və onların yazdıqları materiallara söykənmişik. Ana…

Ardını oxu

Zahılıqda yorğunluğu dəf etməyin 6 yolu

Doğuş prosesi özlüyündə qadın bədəni üçün böyük stres yükü yaradır ki, böyrəküstü vəzin funksiyasına böyük tələbata ehtiyac duyulur. Böyrəküstü vəz stres hormonu ifraz etməklə, bədənə enerji verməklə yanaşı gərgin vəziyyətlərdə bədənin düzgün reaksiyasını təmin edir. Yeni ana olmuş qadınların bədənində baş verən ümumi hormonal dəyişiklik,…

Ardını oxu

Güldəfnəli südartıran qurabiyə tərifi

Əksər qadınlar ana südü artıran bitki çayları haqqında məlumatlıdırlar. Lakin əmizdirmənin düzgün təşkil edildiyi halda, bitki çaylarından savayı, südartıran ərzaqlarla zəngin qurabiyələrdən də istifadə etmək olar. Dünya praktikasında artıq bir neçə qida markaları məsələn, LactoMomma,  Milkmakers,  Bessies Best, The Milk Pantry, Franjos Kitchen və bir sıra…

Ardını oxu

Əmizdirən analara qoyulan qida qadağaları

Südverən analar daima narahatlıqla yaşayırlar: “Bu və ya digər qidanı qəbul etmək olarmı?” Yaxud internetdə südverən analara qadağa olunan ərzaqların siyasını axtarırlar. Qeyd edək, belə bir siyahı yoxdur və olsa da düzgün deyil. Südverən ana istədiyi yeməyi, istədiyi ölçüdə qəbul edə bilər. Amma əgər sizin…

Ardını oxu

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.