Bağla

Epşteyn mirvariləri nədir?

Epşteyn mirvariləri — 1880-ci ildə Alois Epstein tərəfindən kəşf edilmişdir. Yenidoğulmuş körpələrin diş ətləri və ya damaqlarında yaranan kiçik, ağabənzər-sarı rəngli kistlərdir. Onlar dəri, dırnaq və saçın tərkibində olan keratin adlı zülaldan yaranan, diametri 1-4 mm olan papullardır. Bu mirvarilər əksər körpələrdə müşahidə olunur və adətən zərərsiz olub,körpəyə hər hansı ağrı və ya narahatlıq vermirlər. Yenidoğulanlarda bu mirvarilər adətən həyatın ilk bir neçə həftəsində meydana çıxır və uşağa hər hansı bir narahatlıq vermədiyinə görə qidalanma zamanı valideyin tərəfindən və ya rutin müayinə əsnasında pediatr tərəfindən fərqləndirilə bilir.

Bəs bu kistlərin yaranma səbəbi nədir? Bu kistlər körpənin hələ döl olduğu dövrdə, yəni ana bətnində ağzı inkişaf etdiyi zaman yaranır. Damağın formalaşmasında iştirak edən bəzi hüceyrələr toxuma arasında tutulub qaldığı üçün, sonradan bu hüceyrələr kiçik kistlər əmələ gətirir.

Müalicəsi: Bu kistlər adətən ilk 3 ay ərzində öz-özünə itir və heç bir müalicə tələb etmir. Amma əgər kistlər böyüyürsə, körpədə ağrıya səbəb olursa mütləq həkimə göstərmək lazımdır. Epşteyn mirvariləri tibbi müdaxilə tələb etməsə də, ana südü ilə qidalanma bu vəziyyətin təbii sağalmasını sürətləndirən amillərdən biridir. Əmizdirmə zamanı yaranan yumşaq mexaniki təsir və ana südünün antibakterial xüsusiyyətləri, damaq səthindəki bu kiçik kistlərin tezliklə sorulmasına və infeksiyasız şəkildə aradan qalxmasına şərait yaradır. Buna görə də, valideynlərə bu dövrdə müntəzəm əmizdirməni davam etdirmək tövsiyə olunur.

Müəllif: Həcər Piriyeva

Əmizdirmə məsləhətçisi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram