Bütün ailənin qida rasionuna daxil olan gündəlik ərzaqların böyük əksəriyyətinin tərkibində təhlükəli qida əlavələri mövcuddur.
Bu əlavələr adətən “E” hərfi və rəqəmlər kombinasiyası kimi ərzaqların tərkibində işarə olunur. Hər bir valideyn ailəsinə bazarlıq edərkən ərzaqların tərkibini oxumaq kimi vərdişinə nail olmalıdır.
Xüsusən kimyəvi maddələrinin körpə və uşaq qidasında olması kifayət qədər təhlükəlidir.