Harvard Universitetinin araşdırmalarına əsasən məlum olmuşdur ki, analar uşağın cinsindən asılı olaraq fərqli süd istehsal edirlər.

Mütəxəssislər ilk öncə südverən 1,5 million inək üzərində müşahidə aparmışdırlar. Məlum olmuşdur ki, dişi dünyaya gətirən inəklər erkək gətirənlərə nisbətdə 453 litr daha çox süd istehsal edirlər. Çünki, dişi inəklərin reproduktiv yaş hədləri daha aşağıdır. Bu səbəbdən daha tez böyüyərək daha çox törəmək imkanları olacaqdır.

Araşdırmanın müəllifi olan Katie Hinde qeyd edir ki, hər şey hamiləlikdən başlayır- dişi ilə hamilə olan ana inəyin orqanizmi südün daha çox sintezi üçün hormonal siqnal alır. Ortaq fiziologiyaya görə döl ananının orqanizminə plasenta və qan dövranı vasitəsilə təsir edir.

Alimlər həmçinin müxtəlif cins heyvanlar üçün anaları tərəfindən ifraz olunan südün tərkibində stress hormonu olan kortizolun miqdarca fərqini kəşf ediblər. Kortizol reseptorları müvafiq hormonun təsirindən körpənin bağırsaq divarlarının selikli qişasında və beynində aktivləşir. Bu hormonun südün tərkibində mövcudluğu , böyüyən bədən üçün əhəmiyyətli olmasına sübutdur.

“Ana südünün bütün uşaqlar üçün eyni tərkibdə istehsal olunması barədə əfsanə mövcuddur. Biz sübut etdik ki, ananın bədəni qiz və oğlan övladının hərəsi üçün müxtəlif tərkibli süd istehsal edir. Həmçinin uşağın neçənci olmasından asılı olaraq südün tərkibi də fərqlənir”. – deyə alim qeyd edir.

Uşağın cinsindən asılı olaraq südün tərkibinin müxtəlifliyini öyrənən digər araşdırmalar əsasən südlərin tərkibindəki komponentlərə və onların konsentrasiyasına – yağların, şəkərin, zülalların, vitamin və mineralların payına nəzər yetirirdilər. Lakin konsentrasiyaya təsir edən südün ümumi həcmi nəzərə alınmırdı.

Mütəxəssis qrupunun əldə etdikləri nəticələri ana südünün şübhəsiz faydalarını bir daha təsdiqləyir. Hazırda mövcud olan ən qabaqcıl süni qidalar körpəni ana südündə olan faydaları verə bilmir. Lakin süni qida mütləq olduğu halda onun tərkibi uşağın cinsindən asılı olaraq dəyişməlidir.

“Əgər ana südünün hər uşağa uyğun olaraq necə individuallaşmağını yəni xüsusiləşməyini anlaya bilsək o zaman ana südünə daha yaxın qida hazırlamaq iqtidarında olarıq” – deyə alim və onun elmi araşdırma qrupu qeyd edir.

Mənbə: PLoS One

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.