Süddaş və Dr. Amaliyadan “Əmizdirərkən arıqlamaq” pəhriz planı⠀

🤱 “Süddaş” anaları daim düşünür və onların istəklərini nəzərə alaraq yeniliklər və faydalı xidmətlər təklif edir. Analar tez-tez bizə əmizdirərkən arıqlamaqla bağlı müraciət edirlər. Nəticədə çox sevdiyimiz, əziz və respublikamızın azsaylı səriştəli nutrisioloq-dietoloqlarından qabaqcılı Dr. Amaliya Rəhimova ilə birlikdə əməkdaşlığa başlayırıq.⠀

✅ Heç kimə sirr deyil ki, hamiləlik keçirən və əmizdirmə prosesində olan qadın sağlamlığının xüsusi qayğıya ehtiyacı var. Həmçinin sərt və qadağalarla dolu, azkalorili arıqlama proqramları əmizdirən analara qəti şəkildə uyğun deyil.⠀ ⠀
✅ “Süddaş” çərçivəsində Dr. Amaliya əmizdirərkən ana və körpəyə, ən başlıcası isə laktasiyaya təhlükə yaratmayan arıqlama proqramı hazırlayır. ⠀
Hər bir proqram hər bir anaya, onun hamiləlik, doğuş və əmizdirmə tarixçəsinə söykənərək, həmçinin xroniki narahatlıqları nəzərə alınaraq, dad zövqlərinə uyğun şəkildə tərtib olunur. ⠀

✅ Sizin pəhriz planınız məhz sizin istək və sağlamlıq vəziyyətinizə uyğun olacaqdır. Pəhriz planını sifariş etmək üçün 3 sadə addım:⠀

1. Bizə yazın.⠀
2. Sizə yollayacağımız sorğu anketini doldurub bizə geri qaytarın.⠀
3. 5 iş günü müddətində pəhriz planınızı əldə edin. ⠀

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.