İllərdir ki, qadınlar döşlərin sallaqlığı barəsində suallara qapılırlar: “Əmizdirmək döşlərin sallanmağına səbəbdirmi?”
Qısa cavab: xeyr, döşlər əmizdirmə səbəbilə deyil, hamiləlik və yaş səbəbilə sallanır.
Bundan başqa sözsüz ki, sallaqlığın başqa səbəblərini də sadalamaq yerinə düşər:
- Yaşa dolmaqla əlaqədar elastikliyin azalması
- Siqaret çəkmək
- Hormonlar
- Yo-yo pəhrizlər-tez arıqlayıb, tez kökəlmək və ya kökəlib arıqlamaq
- Dəyərli Yer Kürəmizin qadınları üzərində saxlamaq üçün ətrafında mövcud olan qravitasiya qüvvəsi
- Menopauza
- İri bədən formaları. Döşlər nə qədər iri olarsa, bir o qədər də sallaqlığa meyllidir
- Bir neçə hamiləliyin keçirilməsi.
threebirdnest.org virtual məlumat mənbəyinə görə əmizdirmənin deyil, əmizdirmənin düzgün aparılmasının sallaqlığa bir başa təsiri var.
Aşağıdakı hallar döşlərin sallaqlığını artıra və döşlərin ümumən formasını dəyişə bilər:
- Əmizdirməni qəflətən dayandırmaq və ya körpəni süddən qəfil kəsmək
- İdman və ya digər fiziki fəallığın çatışmazlığı
- Bədənə tarım oturan streç geyimlər
Nəticədə məlum olur ki, əksər qadınların döş sallanmasına qarşı gördükləri əmizdirməmək tədbirləri əks effekt yaradırmış. Zatən hamıya məlumdur ki, orta və iri hətta kiçik döşlər axır-əvvəl sallanacaq, necə ki, diz qapaqlarımızın üstündəki dəri, qollarımızın altındakı dəri və s. sallanacaq eynilə döşlərlə də eyni vəziyyət qaçılmazdır.
Amma yenə də döşlərin formasını qismən qorumaq üçün aşağıdakılar məsləhətdir:
- Uzunmüddətli əmizdirmə
- Uşağı döşə düzgün qoymaq
- Uşağı süddən kəsərkən səbrli olmaq və bunu təmkin və aramla həyata keçirmək
- Düzgün ölçülü və döşə uyğun biçimli alt geyim seçimi etmək
- Fiziki fəallıq və döşlərə qulluq (məsələn, soyuq və ya sərin hovuzda üzmək, kontrast duş tətbiq etmək və s.)
Müəllif: Səltənət Zülfüqarova