Bağla

Sallaq döşlər! Səbəb əmizdirmədir?

İllərdir ki, qadınlar döşlərin sallaqlığı barəsində suallara qapılırlar: “Əmizdirmək döşlərin sallanmağına səbəbdirmi?”

Qısa cavab: xeyr, döşlər əmizdirmə səbəbilə deyil, hamiləlik və yaş səbəbilə sallanır.

https://youtube.com/watch?v=grAbS4nRBvo

Bundan başqa sözsüz ki, sallaqlığın başqa səbəblərini də sadalamaq yerinə düşər:

  • Yaşa dolmaqla əlaqədar elastikliyin azalması
  • Siqaret çəkmək
  • Hormonlar
  • Yo-yo pəhrizlər-tez arıqlayıb, tez kökəlmək və ya kökəlib arıqlamaq
  • Dəyərli Yer Kürəmizin qadınları üzərində saxlamaq üçün ətrafında mövcud olan qravitasiya qüvvəsi
  • Menopauza
  • İri bədən formaları. Döşlər nə qədər iri olarsa, bir o qədər də sallaqlığa meyllidir
  • Bir neçə hamiləliyin keçirilməsi.

threebirdnest.org virtual məlumat mənbəyinə görə əmizdirmənin deyil, əmizdirmənin düzgün aparılmasının sallaqlığa bir başa təsiri var.

Aşağıdakı hallar döşlərin sallaqlığını artıra və döşlərin ümumən formasını dəyişə bilər:

Nəticədə məlum olur ki, əksər qadınların döş sallanmasına qarşı gördükləri əmizdirməmək tədbirləri əks effekt yaradırmış. Zatən hamıya məlumdur ki, orta və iri hətta kiçik döşlər axır-əvvəl sallanacaq, necə ki, diz qapaqlarımızın üstündəki dəri, qollarımızın altındakı dəri və s. sallanacaq eynilə döşlərlə də eyni vəziyyət qaçılmazdır.

Amma yenə də döşlərin formasını qismən qorumaq üçün aşağıdakılar məsləhətdir:

  • Uzunmüddətli əmizdirmə
  • Uşağı döşə düzgün qoymaq
  • Uşağı süddən kəsərkən səbrli olmaq və bunu təmkin və aramla həyata keçirmək
  • Düzgün ölçülü və döşə uyğun biçimli alt geyim seçimi etmək
  • Fiziki fəallıq və döşlərə qulluq (məsələn, soyuq və ya sərin hovuzda üzmək, kontrast duş tətbiq etmək və s.)

Müəllif: Səltənət Zülfüqarova

https://youtube.com/watch?v=akwWPGtrDr4

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram