İstər qadın doğuşdan sonra əmizdirməni davam etsin, istəsə də etməsin, düzgün ölçüdə alt paltarı geyimi döşlərin ümumi sağlamlığı üçün çox vacibdir.

Qlobal statistikaya görə 100 qadından yalnız 20-si düzgün ölüçü büstqalter geyinir. Qalan qadınların 70%-i döşlərindən daha kiçik, 10 %-i isə daha böyük ölçüdə olanı geyinir. Dar büstqalterin zahılıqda səbəb olduğu problemlər dedikdə, aşağıdakıları sadalamaq olar:

döşlərdə ağrı və göynəmə

döşlərdə dolğunluq və ağırlaşma hissi

döşlərin müəyyən hisslərində süd axınının məhdudlaşması.

döşlərdə lomba, bərkimə hissələri

kanalların tutulması, süd tıxacları.

dolğunluq və durğunluqdan törəyən mastit və s. ağırlaşmalar.

Mütəxəssislər qeyd edirlər ki, qadının hamiləlikdə və zahılıqda döşlərinin ölçüsü 1 və ya 2 büstqalter ölçüsü qədər böyüməsi gözləniləndir. Bu səbəbdən öncə geyilən alt geyimi tamamilə yararsız ola bilər (daimi və ya müvəqqəti).

Nə etməli:

✅Döşlərin ölçüsünü düzgün təyin edən alt geyim dükanlarına müraciət etmək. Buradakı satıcı-konsultantlar düzgün ölçü götürməyi bacarırlar. 

✅Hava keçirən, təbii rəng və materiallara üstünlük vermək.

✅Döşə dirənən, batan və digər narahatlıq verən “sümükcüyü” olmayanlara üstünlük vermək. 

✅İmkan daxilində döşlərə büstqalterdən “azad” saat və gecələr tətbiq etmək.

Seçilən büstqalter mütləq deyil ki, sırf əmizdirən ana üçün nəzərdə tutulan olmalıdır. Adi, rahat, düzgün ölçüdə olan alt geyim də uyğundur. Ümumiyyətlə əmizdirən ananın rahat geyim qaydaları haqqında ətraflı məlumatı məqaləmizi buradan oxuyun.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.