Əmizdirən və körpəsini qucağında gəzdirən anaların əksəriyyəti bədənin yuxarı nahiyyələrində-boyun, kürək, bel və qollarda gərginlikdən yaranan ağrılardan şikayət edirlər.
Bu gərginlik əsəbilik, başağrıları, yorğunluğa səbəb ola bilər. Adətən isti düş, boyun, kürək və bel massajı bu gərginlikləri rahatlaya bilər. Lakin ən effektiv metod göstərilən nahiyyə əzələlərinin dartılması üçün edilən idman çalışmalarıdır.
Dartınma çalışmaları yavaş-yavaş edilməli və ağrısız olmalıdır. Dartınma üçün geniş yer seçilməlidir ki, rahat hərəkət etmək mümkün olsun. Dartınma mövqelərini 30 saniyə müddətində saxlamağa çalışın. Əzələləri bərpa etmək üçün çalışmaları dəfələrlə təkrar etmək gərəkdir.
Yuxarı nahiyyələr üçün tövsiyyə edilən idman çalışmalar çox sadə və edilməsi az zaman tələb edir.
Qapıarası dartınma
Qapıarasında dayanın, əllərinizi bilək və dirsəklərə qədər olan hissəni hər iki tərəfdən divara dirəyin. Sağ ayağınızı bir addım irəli qoyun və sinənizi qabağa itələyin. Sinənizlə dərindən nəfəs alın. Çiyin və sinənizi boşaldıb rahatlayaraq nəfəsinizi buraxın. Növbəti hərəkətləri əllərinizi müəyyən qədər yuxarı qaldırıb çalışmaları bir neçə dəfə təkrar edin.
[divider][/divider]
Pişik və İt
Sanki iməkləmək mövqeyi alın. Diz və baldırlanızı aralayın, nəfəs alaraq başıızı yuxarı qaldırıb baxın və belinizi döşəməyə tərəf qabardın. Başınızı aşağı əyərək, kürəyinizi yuxarı doğru qabardın və nəfəsi buraxın. Bir neçə dəfə təkrar edin.
[one_half] [/one_half] [one_half last=last] [/one_half]
[divider][/divider]
Körpülər
1. Kürəyiüstə döşəməyə uzanın. Çiyin və əllərinizi səmaya açıq vəziyyətdə döşəmədə rahatlayın. Başınızı döşəməyə dirəyərək və dirsəkləri döşəmədən ayırmamaqla çiyin və kürəyinizi yuxarı qaldırıb tavana doğru qabardın. Təkrar edin.
2. Kürəyi üstə uzanın. Dərindən nəfəs alıb baş, çiyin və kürəklərinizi döşəməyə sıxaraq, beldən aşağı nahiyyəni yuxarı doğru qaldırın, ehtiyatla və yavaş-yavaş aşağı saldıqda nəfəsi verin. Təkrar edin.
[divider][/divider]
Kürəyin dartılması
Üzüstə döşəməyə uzanın. Ovuclarınızı döşəməyə dirəyərək, dərindən nəfəs alıb bədəninizin yuxarı hissəsini qaldıra biləcəyiniz qədər qaldırın. Döşəməyə uzanıb nəfəsi verin və yenidən təkrar edin.
[divider][/divider]
Bel və boyunun dartılması
Döşəməyə oturub. Sol ayağı uzadıb, sağı onun üzərində atlayıb döşəməyə qoyun, əllərinizlə qatladığınız ayağın dizini tutaraq boynunuzu eyni ayağın istiqamətinə tərəf maksimal qədər çevirərək dartın. Digər ayaq və digər tərəflə təkrar edin.
[divider][/divider]
Çiyinlərin və qolların dartılması
Müəyyən qədər çətin olsada, dartına biləcəyiniz qədər etməyə çalışın. Üzüstə döşəməyə uzanın, sonra qalxıb əllərinizlə ayaqlarınızdan yapışmağa çalışın. Qalxarkən nəfəs alın və uzanarkən verin. Bir neçə dəfə təkrar edin.
[divider][/divider]
Hazırladı: Səltənət Zülfüqarova
İlyustrasiya: Alyona Hacimuradova