Məlumdur ki, zahılar doğuşdan sonra bərpa olmalı və daha çox sağlam qida seçiminə üstünlük verməlidirlər. Hər səhər eyni qəhvəaltıları etmək hətta ailənin digər üzvlərinə də cansıxıcı təəssürat verir. Yəqin ki, bu səbəbdən insanların çoxu səhərlər nə yeyəcəklərinə qərar vermədiklərindən qəhvəaltını ötürməyə üstünlük verirlər.
Əksər ailələr “səhərlər tez və sağlam nə yeyək?” sualı ilə üzləşirlər. Faydalı, rəngarəng, tez və asan ərsəyə gələn səhər yeməyi bütün ailəni sevindirəcəkdir. Hazırlanması asan və az vaxt tələb etdiyindən bunu hətta atalar da edə bilərlər. Stəkanda lay-lay hazırlanan sıyıq istənilən ailə üzvünün zövqünü oxşayacaqdır. Ən əsası isə bu növ sıyıq əmizdirən analarda südün artmasına səbəb olacaqdır.
“Cəld” sıyıq üçün lazım olan ərzaqlar:
- 1-2 xörək qaşığı yulaf
- yarım stəkan süd (inək və ya keçi) və ya qatıq
- 1-2 xörək qaşığı giləmeyvə (mövsümdən asılı olaraq dondurulmuşdan da istifadə etmək olar)
- müxtəlif növ toxum və tumlar (məslən, günəbaxan tumu, balqabaq tumu, küncüt toxumu, kətan toxumu, çia toxumları, razyana toxumları və s.)
- zövqə görə şirin ətirli ədviyyat (məsələn, darçın, vanil, hil və s.)
- zövqə görə şirinləşdirici (bal, doşab və s.)
Hazırladı: Səltənət Zülfüqarova