Bağla

Yulaflı hilli qurabiyələr

https://youtube.com/watch?v=ZG52LYWheZQ

Əmizdirən anaların “şirin” zövqlərini oxşayan, evdə asanlıqla hazırlana bilən qurabiyələr əliuşaqlı analar üçün tam uyğun bir tərifdir. Bu qurabiyələrin təkibində olan demək olar ki, bütün ərzaqlar sağlamlığa faydası ilə bərabər, analarda südün və enerjinin artmasına səbəb ola bilər.

[divider][/divider]

Lazım olan ərzaqlar:
[yes_list]

  • 1 bağlama tünd qara (80%-dən çox) şokolad (mütləq deyil)
  • 200 qr yulaf unu (düyü, qarabaşaq unları ilə də əvəz edilə bilər)
  • 200 qr qəhvəyi şəkər
  • bir çimdik üyüdülmüş hil
  • 1 çay qağışı soda
  • bir çimdik duz
  • bir çimdik ətotu (rozmarin)
  • un alan miqdarda duru küncüt yağı (badam, kokos və günəbaxan yağlarıda ola bilər)

[/yes_list]

[divider][/divider]

Şokolad xırdalanır, bütün qaran ərzaqlar bir qaba əlavə eilib qaşıqla qaırşdırılır. Un alana qədər küncüt yağı əlavə olunur. Qum konsistensiyalı xəmir meydana gəlir. Xəmir yaxşıca yoğrulur və ovucun içində lülələr şəklinə salınana qədər sıxılır. Üzərində ehmalca basılaraq yastılanır.

Xəmirlə ehtiyatla davranmaq lazımdır çünki, elastik olmadığından asanlıqla dağıla bilər. Soba 200 dərəcəyə qədər qızdırılır və qurabiyə lər sıra ilə qaba düzülür və tam qızdırılmış sobaya qoyulur. Rəngi bir az tündləşənə və xəmir bərkiyənə qədər bişirilir. Bu qurabiyələr süd və ya südgətirən bitki çayları ilə möhtəşəm dad tandemi yaradır.

Hazırladı: Səltənət Zülfüqarova

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram